Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı

Azərbaycan Respublikasının konsulluğu aşağıdakı vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını həyata keçirir:

Nikahın qeydə alınması üçün tələb olunan sənədlər 

Xarici ölkələrdə Azərbaycan Respublikası vətəndaşının (vətəndaşlarının) nikahın qeydə alınması üçün aşağıdakı sənədlər Azərbaycan Respublikasının diplomatik nümayəndəlik və konsulluqlarına (konsulluqlara) təqdim edilməlidir:

  1. nikaha daxil olan şəxslərin yazılı razılığı ƏRİZƏ;
  2. nikaha daxil olan şəxslərin şəxsiyyətini təsdiq edən sənədlərin əsli və surəti (ümumvətəndaş pasportları və şəxsiyyət vəsiqələri);
  3. xarici ölkədə daimi və ya müvəqqəti yaşamasını təsdiq edən sənədlər (əsli və surəti);
  4. subaylıq haqqında arayışlar;
  5. Nikaha daxil olmaq istəyən şəxslərin tibbi müayinədən keçdiklərini təsdiq edən arayış;
  6. dövlət rüsumunun ödənilməsi barədə qəbz (“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının 2001-ci il tarixli Qanununun 16.3-cü maddəsinə əsasən, nikahın qeydə alınması və və bu barədə şəhadətnamənin verilməsinə görə 40 EUR məbləğində dövlət rüsumu müəyyən olunmuşdur);
  7. əvvəllər nikahda olmuş şəxslər - nikahın pozulması haqqında şəhadətnamə (surətini) və ya ərinin (arvadının) ölümü şəhadətnamə (surətini), yaxud əvvəlki nikahın etibarsız sayılması barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya ondan çıxarış (yalnız əvvəllər nikahda olmuş şəxslər).

Müraciət edilməsi qaydası.

Nikaha daxil olmağı arzu edən Azərbaycan Respublikası vətəndaşı (vətəndaşları) konsulluqlara şəxsən ərizə ilə müraciət etməlidirlər.

Müraciətə baxılma müddəti.

Nikah konsulluq tərəfindən nikaha daxil olmaq istəyən şəxslərin iştirakı ilə bu barədə ərizə verildiyi gündən 1 aydan tez olmayaraq bağlanır.

İştirak etməli olan şəxslərin siyahısı:

 

  1. Nikaha daxil olmağı arzu edən şəxslər;
  2. Nikaha daxil olmağı arzu edən şəxslərin şahidləri.


Nikahın pozulmasının qeydə alınması üçün tələb olunan sənədlər

Nikahın pozulmasının dövlət qeydiyyatı aşağıdakı sənədlər əsasında həyata keçirilir:

1. nikahın pozulması haqqında məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi;

2. yetkinlik yaşına çatmayan ümumi uşaqları olmayan ər-arvadın nikahın pozulması haqqında birgə verdikləri ərizə;

3. məhkəmə qaydasında itkin düşmüş hesab edilən, məhkəmə qaydasında fəaliyyət qabiliyyəti olmayan hesab edilən və ya cinayət törətməyə görə ən azı 3 il müddətinə azadlıqdan məhrum olunan şəxslə nikahın pozulması haqqında ər və ya arvadın birinin ərizəsi;

4. məhkəmə qaydasında fəaliyyət qabiliyyəti olmayan hesab edilən ərin (arvadın) qəyyumunun ərizəsi.

Nikahın məhkəmə qaydasında və ya konsulluq tərəfindən pozulması halları.

Nikah aşağıdakı hallarda məhkəmə qaydasında pozulur:

1. ər-arvadın yetkinlik yaşına çatmayan ümumi uşaqları olduqda;

2. ər (arvad) nikahın pozulmasına razı olmadıqda;

3. Ər-arvadın razılığı olduqda, lakin onlardan biri konsulluqda nikahın pozulmasından yayındıqda (ərizə verməkdən imtina etdikdə, nikahın pozulmasının dövlət qeydiyyatı üçün gəlmədikdə və s.)

Nikah ərin (arvad) və ya onların hər ikisinin, eləcə də məhkəmə qaydasında fəaliyyət qabiliyyəti olmayan hesab edilən ərin (arvadın) qəyyumunun ərizəsi əsasında konsulluqlar tərəfindən pozula bilər. 

Nikah aşağıdakı hallarda yetkinlik yaşına çatmayan ümumi uşaqlarının olmasından asılı olmayaraq ərin (arvadın) birinin ərizəsi əsasında konsulluqlar tərəfindən pozulur:

 1. ər (arvad) məhkəmə qaydasında itkin düşmüş hesab edildikdə;

 2. ər (arvad) məhkəmə qaydasında fəaliyyət qabiliyyəti olmayan hesab edildikdə;

 3. ər (arvad) cinayət törətməyə görə ən azı 3 il müddətində azadlıqdan məhrum olunduqda.

Nikah konsulluqda pozulduqda - nikahın pozulmasının dövlət qeydiyyatına alındığı gündən; məhkəmə qaydasında pozulduqda - bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən nikaha xitam verilmiş sayılır.

Ər (arvad) öldükdə, yaxud məhkəmə qaydasında ölmüş elan edildikdə nikaha xitam verilir.Bu halda nikahın pozulmasının dövlət qeydiyyatı aparılmır.

Ər-arvaddan birinin ərizəsi üzrə nikahın pozulmasının qeydə alınması qaydaları

Yetkinlik yaşına çatmayan ümumi uşaqlarının olmasından asılı olmayaraq ər (arvad) ərizə ilə nikahın pozulması məqsədilə konsulluğa müraciət edə bilər. Həmin ərizədə aşağıdakı sənədləri əlavə etməli və məlumatları bildirməlidir:

1. bunlardan birini 

  • arvadın (ərin) xəbərsiz itkin düşmüş hesab edilməsinə dair məhkəmə qətnaməsini;
  • ruhi xəstəlik, yaxud kəmağıllıq nəticəsində fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsini;
  • arvadın (ərin) azı 3 il müddətinə azadlıqdan məhrum edilməyə məhkum olunduğu barədə hökmdən çıxarışı. 

2. dövlət rüsumunun ödənilməsi barədə qəbz

3. azadlıqdan məhrumetmə növündə cəza çəkən ərin (arvadın) və ya fəaliyyət qabiliyyəti olmayan ərin (arvadın) qəyyumunun, yaxud xəbərsiz itkin düşmüş hesab edilən ərin (arvadın) əmlakı üzərində qəyyumluq edənin ünvanını.

Nikahı pozmaq haqqında ərizə təqdim edildikdə, konsulluq tərəfindən aşağıdakı hallarda nikahın pozulması ərizə verilən gün ərizəçinin iştirakı ilə qeydə alına bilər: 

1) ər (arvad) məhkəmə qaydasında itkin düşmüş hesab edildikdə;

2) ər (arvad) məhkəmə qaydasında fəaliyyət qabiliyyəti olmayan hesab edildikdə;

3) ər (arvad) törətməyə görə ən azı 3 il müddətində azadlıqdan məhrum olunduqda.

Yuxarıda qeyd olunan hallarda nikahı pozmaq üçün ərizə ilə konsulluğa müraciət edən ər (arvad), nikahdan əvvəlki soyadını daşımaq arzusunda olduğunu ərizədə göstərir. ƏRİZƏ

Adın, ata adının və soyadın dəyişdirilməsinin qeydə alınması

Azərbaycan Respublikası vətəndaşlarının öz adını, ata adını və soyadını dəyişdirməsinə 18 yaşına çatdıqdan sonra  yol verilir.

Barəsində cinayət işi açılmış və ya hazırda cinayət məsuliyətinə cəlb olunmuş şəxslərin adın, ata adının , soyad dəyişdirilməsinə yol verilmir.

Adın, ata adının və soyadın dəyişdirmək istəyən şəxs Səfirliyə aşağıdakı sənədləri təqdim etməlidir:

  1. Ərizə ( nümunəsi əlavə olunur);
  2. ərizə verən şəxsin doğum haqqında şəhadətnaməsi;
  3. ərizə verən şəxs  nikahdadırsa, nikah haqqında şəhadətnamə;
  4. ərizə verən şəxsin nikahı pozulmuşdursa, nikahın pozulması haqqında şəhadətnamə;
  5. ərizə verən şəxsin yetkinlik yaşına çatmayan uşaqları vardırsa, onların doğumu haqqında şəhadətnamələr;
  6. şəxsiyyətini təsdiq edən sənədin notariat qaydasında təsdiq olunmuş surəti;
  7. çağırış məntəqəsinə təhkim olunma vəsiqəsinin və ya hərbi biletin notariat qaydasında təsdiq edilmiş surəti;
  8. ərizə verən şəxsin 3x4 sm ölçüdə 2 ədəd fotoşəkil;
  9. Dövlət rüsumu haqqında Azərbaycan Respublikasının Qanununda müəyyən edilmiş hallarda 50 Avro dövlət rüsumunun ödənilməsinə dair qəbz.

 

Doğumun qeydə alınması

Zəruri olan sənədlərin siyahısı:

  1. Valideynlərin şəxsiyyətini təsdiq edən sənədlər;
  2. Valideynlərin nikah haqqında şəhadətnaməsi;
  3. Valideynlərin doğum haqqında şəhadətnaməsi;
  4. Doğum faktını, vaxtını və yerini təsdiq edən tibb müəssisəsindən olan sənədin əsli;
  5. Uşaq tibb müəssisəsindən kənarda doğulduqda, doğuma kömək göstərmiş və ya doğuşdan sonra valideynlərin müraciət etdiyi həkimin verdiyi sənəd;
  6. Doğum faktının müəyyən olunması haqqında qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi;
  7. Doğumun qeydə alınması üçün müəyyən olunmuş 1 aylıq müddət keçdikdə uşağın sağlamlığı barədə həkim arayışı.

Qeyd: Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əsasən üzrlü səbəblər olmadan doğumun qeydə alınması üçün 1 aylıq müddətdə müraciət olunmamasına görə uşağın valideynləri xəbərdarlıq edilir və “Dövlət rüsumu haqqında”  Azərbaycan Respublikası Qanununun muvafiq maddəsinə əsasən cərimə edilir. 

İştirak etməli olan şəxslərin siyahısı:

  1. Valideynlər və ya onlardan biri;
  2. Valideynlər üzrlü səbəbə görə müraciət edə bilmədikdə qohumlar, qonşular, uşağın doğulduğu tibb müəssisəsinin müdiriyyəti və yaxud notariat qaydasında təsdiq olunmuş etibarnamə əsasında səlahiyyətli şəxslər.

 

Səfirliyin bank hesabı

Botschaft der Republik Aserbaidschan

COMMERZBANK Konto Nr.: 26 61 53 601 BLZ: 100 40 000;                   

IBAN:DE73100400000266153601

 

 

 

bakushop