İqtisadi əməkdaşlıq

Azərbaycan-Almaniya iqtisadi münasibətləri iki ölkə arasında ən dinamik inkişaf edən əməkdaşlıq sahələrindən biridir.

2007-ci ildə AFR-in iqtisadiyyat naziri Mixael Qlosun Azərbaycana, 2011, 2012 və 2013-cü illərdə AR kənd təsərrüfatı naziri İsmət Abbasov, 2014-cü ildə AR kənd təsərrüfatı naziri Heydər Əsədov, 2013-cü ildə AR mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, 2011 və 2013-cü illərdə AR iqtisadi inkişaf naziri Şahin Mustafayevin, 2014-cü ildə AR ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov, 2015 və 2016-ci ildə AR Energetika naziri Natiq Əliyevin Almaniyaya işgüzar səfərləri olmuşdur. Eyni zamanda müxtəlif vaxtlarda Almaniyanın Aşağı Saksoniya, Baden-Vürtemberq, Reynland-Pfalts, Bavariya, Şimali Reyn-Vestfaliya federal torpaqlarının siyasi rəhbərliyi altında iqtisadi nümayəndə heyətləri Azərbaycanda səfərdə olmuşlar. İki ölkə arasında iqtisadi mövzularda çoxsaylı tədbirlər və biznes forumları həyata keçirilmişdir.

Azərbaycan Prezidenti İlham Əliyevin Almaniyaya 6-7 iyun 2016-cı il tarixli  işgüzar səfəri çərçivəsində 7 iyun 2016-ci il tarixində AFR İqtisadiyyat və Enerji Nazirliyində Azərbaycan-Almaniya İqtisadi Forumu keçirilmişdir. Forumun açılışında Azərbaycan Prezidenti İlham Əliyev və AFR-in Vitse-Kansleri, iqtisadiyyat və enerji naziri Ziqmar Qabriel iştirak etmişlər.

Azərbaycan Almaniyanın Cənubi Qafqazda ən mühüm iqtisadi və ticarət tərəfdaşıdır. Almaniya Federal İqtisadiyyat və Energetika Nazirliyinin məlumatına əsasən, 2015-ci ildə Almaniyanın Cənubi Qafqaz ölkələri ilə ticarət dövriyyəsində Azərbaycanın xüsusi çəkisi təxminən 80 faiz təşkil etmişdir.

AFR-in İqtisadiyyat və İxracın Nəzarəti Xidmətinin məlumatına istinadən, Azərbaycan AFR-i neftlə təmin edən ölkələr sırasında 6-cıdır. 2015-ci ildə Almaniyaya Azərbaycandan 5,3 milyon ton xam neft idxal olunmuşdur.

AR İqtisadiyyat Nazirliyinin məlumatına istinadən, 2015-ci ildə Azərbaycan Respublikasının Almaniya Federativ Respublikası ilə ticarət dövriyyəsinin həcmi 1.914,04 mln. ABŞ dolları, o cümlədən idxalın həcmi 690,08 mln. ABŞ dolları, ixracın həcmi 1.223,96 mln. ABŞ dolları təşkil etmiş, xarici ticarət saldosu isə müsbət 533,88 mln. ABŞ dolları olmuşdur. 2015-ci ildə Almaniya Federativ Respublikasının Azərbaycan Respublikasının xarici ticarət dövriyyəsindəki payı 9,27 faiz, o cümlədən idxalda 7,48 faiz, ixracda isə 10,71 faiz təşkil etmişdir.

 


Azərbaycan və Almaniya arasında ticarət dövriyyəsi

 

(min ABŞ Dolları)

 

 

 İl

 

 İdxal

 İxrac

 Ticarət dövriyyəsi

 Saldo

 

2012

 

 779 971,3

 964 767,3

 1 744 738,6

 184 796

 

2013

 

 823 024,4

 356 735,3

 2 179 759,7

533 710,9

 

2014

 

 703 636,9

 1 925 563,4

 2 629 200,3

 1 221 926,5

 

2015

 

 689 996,7

 1 223 961,8

 1 913 958,5

 533 965,1

 

2016

 

 399 192,0

 610 831,4

 1 010 023,4

 211 639,4

 

(AR Dövlət Statistika Komitəsi)

 

05.05.2011-ci ildə Ticarət və İnvestisiyalar üzrə Almaniya-Azərbaycan yüksək səviyyəli İşçi Qrupu təsis edilmişdir. Onun həmsədrləri AR İqtisadiyyat Nazirliyinin Aparatının rəhbəri Samir Vəliyev və AFR İqtisadiyyat və Texnologiya Nazirliyinin Xarici iqtisadi siyasət üzrə baş direktoru Ekard Frantsdır. İşçi qrupun indiyədək iclasları 2011-ci ildə 19-21 oktyabrda Berlində, 2012-ci il 13 noyabrda Bakıda, 2013-cü il 17-18 iyulda Berlində, 2014-cü il 29-30 sentyabrda Bakıda və 2015-ci il 5 noyabr tarixində Berlin şəhərində keçirilmişdi.

12 noyabr 2012-ci ildə Bakıda Alman-Azərbaycan Xarici Ticarət Palatası açılmışdır. Bu, MDB məkanında rəsmi şəkildə açılmış ikinci alman xarici ticarət palatasıdır. Alman-Azərbaycan Xarici Ticarət Palatasının hər iki tərəfdən 130-dan çox üzv təşkilatları var.

AR Dövlət Neft Şirkəti, Azərbaycan Hava Yolları və Azərbaycan Beynəlxalq Bankı Almaniyada öz nümayəndəlikləri ilə təmsil olunmuşlar.

 

ARDNŞ-in Almaniya nümayəndəliyi

 

SOCAR Germany

Börsencenter, Taubenstraße 7-9 
60313 Frankfurt am Main 
Tel.: +49 (0)69 297 287-50 
Fax: +49 (0)69 297 287-51 
info@socar.de 
www.socar.de

 

SOCAR Germany, Büro Berlin

IHZ, Friedrichstraße 95

10117 Berlin 

Tel. +49 (0)30 - 2061 4627

 

 

“Azərbaycan Hava Yolları”nın Almaniyadakı ofisləri

 

AZAL

Berlin Tegel Airport

Building Z3S, 13405 Berlin

tel.: Germany Call Center 01805 161 220 (reservations)

+49 (0)69-770 673 044 (Sales and Marketing)

e-mail: berlin@azal.az

 

AZAL

Bernhard Beker str. 4,

60389 Frankfurt am Main 

tel.: (+49 691) 524-28-63

fax: +49 (0)691 524-28-62

e-mail.: frankfurt@azal.az

 

Azərbaycan Beynəlxalq Bankının Almaniya Nümayəndəliyi

 

International Bank of Azerbaijan

Wilhelm-Leuschner str. 9-11 60329 Frankfurt am Main

Tel.: +49 (0)69 715 85769 Faks: +49 (0)69 715 88681

E-Mail: zaur.mahmudov@ibar-germany.de

 

Alman-Azərbaycan Xarici Ticarət Palatası

 

AHK Aserbaidschan

Nigar Rafibeyli Str. 49 

1005 Baku, Azerbaijan

Tel.: +994 (0)12 448 39 95

Fax:  +994 (0)12 497 63 05

mail@ahk-baku.de

 

 

 

(son yenilənmə 19.07.2016)

 

 

bakushop