İkitərəfli əməkdaşlığın digər sahələri

 

Diaspora məsələlərinə dair. Hal-hazırda təxminən 10200 nəfər Azərbaycan Respublikası vətəndaşı Azərbaycan Respublikasının AFR-dəki Səfirliyində konsulluq qeydiyyatındadır. Amma Almaniyada yaşayan Azərbaycan vətəndaşlarının ümumi sayı təsdiqlənməmiş məlumatlara görə 17000 nəfər civarındadır.

Almaniyada Azərbaycanı müxtəlif sahələrdə uğurla təmsil edən digər qurumlara Azərbaycan Respublikasının AFR-dəki Fəxri Konsulluğunu, Bakı-Berlin Qalereyası qeyri-hökumət təşkilatlarını, eləcə də Almaniyada Azərbaycan Evi, Azərbaycan-Alman Həmrəylik Cəmiyyəti, Alman-Azərbaycan Mədəniyyət Cəmiyyəti və digər fəal diaspor təşkilatlarını misal göstərmək olar.

Azərbaycan-Almaniya münasibətlərini təşviq edən mühüm qurumlardan biri tərkibinə Almaniyanın ictimai, siyasi, iqtisadi, mətbuat, mədəni və elmi həyatında tanınmış şəxslərin daxil olduğu Alman-Azərbaycan Forumudur (DAF). 2006-cı ildə Berlində yenidən təsis edilmiş DAF iki ölkə arasında ikitərəfli münasibətlərin təşviq edilməsi, siyasi, iqtisadi, mədəni əlaqələrin intensivləşməsi və elmi mübadilənin inkişaf etdirilməsi məqsədini daşıyır. DAF-ın idarə heyətinin sədri Alman Mərkəzi Sənətkarlar Birliyinin keçmiş baş katibi, tanınmış ictimai və iqtisadi xadim Hans-Eberhard Şlayerdir.

Azərbaycan Respublikasının AFR-dəki Fəxri Konsulluğu

Honorarkonsulat der Republik Aserbaidschan
Heilbronner Straße 154
70191 Stuttgart

Tel: +49 (0)711 263 7712 0

Fax: +49 (0)711 263 7712 9

info@honorarkonsulat-aserbaidschan.de

www.honorarkonsulat-aserbaidschan.de

Alman-Azərbaycan Forumu

Deutsch-Aserbaidschanisches Forum e.V.

Friedrichstr. 95, 10117 Berlin

Tel.: +49 (0)30 505 67 196
Fax: +49 (0)30 505 65 896

kontakt@da-forum.net

www.da-forum.net

Bakı-Berlin Qalereyası

Galerie Berlin-Baku GmbH

Großgörschenstrasse 7, 10827 Berlin

Tel.: +49 (0)30 23 63 55 56

info@galeriebb.de

 

 

Qardaşlaşmış şəhərlər

Şəhərlər arasında qardaşlaşma əsasən mədəni, iqtisadi, siyasi, təhsil, səhiyyə və ətraf mühitin mühafizəsi sahəsində əlaqələrin möhkəmləndirilməsi və inkişafına töhfə verir. Azərbaycanın Bakı və Sumqayıt şəhərləri ilə Almaniyanın Maynts və Lüdviqshafen şəhərləri arasında “qardaşlaşmış şəhərlər” kontekstində əlaqələr qurulub.

Sumqayıt və Lüdviqshafen şəhərləri arasında əlaqələrin əsası 1977-ci ildə qoyulub. 1987-ci ildə şəhərlər arasında tərəfdaşlıq əlaqələrinin qurulmasına dair Saziş imzalanıb. Şəhərlər arasında dostluğun 30, tərəfdaşlıq əlaqələrinin yaradılmasının isə 40 illiyi münasibətilə 4-5 may 2017-ci il tarixində Sumqayıt şəhərində təşkil olunan bayram şənliyində Lüdviqshafen şəhərinin nümayəndə heyəti iştirak edib. İki şəhər arasında 40 il ərzində 60-a yaxın qarşılıqlı səfərlər baş tutub, iki minə yaxın insan bu səfərlərdə iştirak edib və 23 layihə həyata keçirilib. Hər iki şəhər 2002-ci ildən etibarən Almaniya Texniki Əməkdaşlıq Cəmiyyətinin "Almaniya-Qafqaz partnyor şəhərləri arasında əməkdaşlıq" layihəsində iştirak edib. Layihəyə əsasən alman mütəxəssislərin iştirakı ilə Sumqayıtda şəhər təsərrüfatının idarə olunması, ekologiya, təhsil və bir sıra digər sahələrdə müxtəlif tədbirlər həyata keçirilib.

1984-cü ildə isə Bakı şəhəri ilə Maynts şəhəri arasında qardaşlaşmış şəhər əlaqələri qurulub, sonralar bu əlaqələr davam etdirilib və qarşılıqlı səfərlər həyata keçirilib.

 

(son yenilənmə 09.10.2018)