2017-06-29
Köln şəhərində səyyar konsulluq qəbulu təşkil olunub və Azərbaycan icmasının üzvləri ilə görüş keçirilib

2017-ci il 29 iyun tarixində Azərbaycanın Almaniyadakı Səfirliyi tərəfindən Köln şəhərində Azərbaycan Respublikası vətəndaşları üçün səyyar konsulluq qəbulu təşkil edilib. Qəbul zamanı səfirliyin əməkdaşları tərəfindən vətəndaşlarımıza konsulluq-hüquq sahəsində məsləhətlər verilib, onları maraqlandıran suallar cavablandırılıb, sənədləri qəbul edilib və səfirliyin konsulluq şöbəsində göstərilən xidmətlər barədə ətraflı məlumatlar diqqətə çatdırılıb.

Həmin gün Şimali Reyn-Vestfaliya federal əyalətində fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarının rəhbərləri və fəalları ilə görüş keçirilib. Görüş zamanı Almaniyadakı Azərbaycan diaspor təşkilatlarının fəaliyyətinə nəzər salınıb, qarşıda duran işlərdən danışılıb, fəaliyyətin təkmilləşdirilməsi və səmərəliliyinin artırılması üçün təkliflər səsləndirilib, eləcə də Səfirliyin diasporla əməkdaşlığı məsələlərinə toxunulub.

 

növbəti xəbər əvvəlki xəbər

 

 

bakushop