Viza qaydaları

 

Almaniaya Federativ Respublikasının vətəndaşları və AFR-də yaşamaq hüququ olan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasına səfər etmələri üçün giriş vizası almaq hüququna malikdirlər.

Giriş vizasının rəsmiləşdirilməsi üçün aşağıda qeyd edilən vasitələrdən istifadə olunmalıdır:

  1. 1.    Azərbaycan Respublikasında qalma müddətini 30 (otuz) günədək müəyyən edən birdəfəlik elektron vizası;

Electron vizalar “ASAN Viza“ sistemi vasitəsi ilə 3 (üç) iş günü müddətində  verilir. Elektron vizasının rəsmiləşdirilməsi üçün əcnəbilər və vətəndaşlığı olmayan şəxslər www.evisa.gov.az linki vasitəsi ilə birbaşa müraciət etməlidirlər. Elektron vizasının alınması üçün zəruri olan məlumatlar bilavasitə sistemə daxil edilir və vizanın rəsmiləşdirilməsinə görə dövlət rüsumu sistem vasitəsilə elektron qaydada ödənilir. Elektron viza müraciət etmiş şəxsin elektron ünvanına (e-mail) göndərilir.

Elektron viza rəsmiləşdirilməsi üçün yalnız bu linkdə siyahısı göstərilmiş ölkələrin vətəndaşları müraciət edə bilərlər.

 

  1. 2.    Azərbaycan Respublikasında qalma müddəti 90 (doxsan) günədək olan, etibarlılıq müddəti 3 (üç) gündən – 2 (iki) ilədək olan bir və ya çoxdəfəli vizalar.

 

Vizaların rəsmiləşdirilməsi üçün Azərbaycan Respublikasının Almaniya Federativ Respublikasındakı Səfirliyinə müraciət olunmalıdır.

Qəbul saatları:          Bazar ertəsi, çərşənbə, cümə 9.00 - 12.00 

Ünvan:                       Botschaft der Republik Aserbaidschan 

Konsularabteilung  
Hubertusallee 43,
14193 Berlin

Telefon: +49 (0)30 206 480 63 
Faks: +49 (0)30 219 161 52 
E-mail: berlin_consul@mfa.gov.az

 

Bank hesabı:                        Botschaft der Republik Aserbaidschan

COMMERZBANK, Konto No: 26 61 53 601, BLZ: 100 40 000

IBAN:DE73100400000266153601

 

Viza rəsmiləşdirilməsi üçün Azərbaycan Respublikasının Ştuttqart şəhərindəki Fəxri Konsulluğu üzərindən də müraciət etmək olar.

Poçt ünvanı:             Honorarkonsulat der Republik Aserbaidschan
Heilbronner Straße 154
70191 Stuttgart
Tel: +49 (0)711 263 7712 0
Fax: +49 (0)711 263 7712 9
Email: info@honorarkonsulat-aserbaidschan.de
http://www.honorarkonsulat-aserbaidschan.de/

İş saatları:                 Bazar ertəsi və cümə axşamı 14:00-17:00

Çərşənbə 10:00-12:00

İş saatlarından əlavə görüş təyin edilməsi mümkündür.

Telefonla əlaqə saxlamaq üçün:  Bazar ertəsi, çərşənbə və cümə axşamı  10.00 – 17.00, Çərşənbə, cümə 10.00 – 16.00

 

Azərbaycan Respublikasına səfər etmək niyyətində olan əcnəbi və vətəndaşlığı olmayan şəxslər üçün Azərbaycan Respublikasının Almaniya Federativ Respublikasındakı Səfirliyi tərəfindən aşağıda qeyd edilən kateqoriyalı vizalar rəsmiləşdirilir. Viza almaq üçün müraciət edən şəxslər bununla bağlı məlumatları diqqətlə oxumaları tövsiyə edilir.

Vizaların rəsmiləşdirilməsinin 3 gündən 10 iş gününədək davam etdiyini nəzərə alaraq əvvəlcədən müraciət olunması tövsiyə edilir.

Nəzərə alınmalıdır ki, viza rəsmiləşdirilməsi üçün sənədlər Səfirliyin konsulluq bölməsinə ərizəçilər tərəfindən şəxsən və ya Azərbaycan Respublikasının Ştutqartdakı Fəxri Konsulluğu vasitəsilə poçtla təqdim edilməli və təhvil alınmalıdır. 

Səfirlik sənədləri poçt vasitəsilə qəbul etmir.

1. Adi kateqoriyalı viza - (diplomatik və xidməti pasportlar istisna olmaqla bütün növ pasportlara malik şəxslər üçün) – müxtəlif məqsədlə (şəxsi, turizm, işgüzar, təhsil və sair) Azərbaycan Respublikasına səfər etmək niyyətində olan şəxslərə rəsmiləşdirilir.

Birdəfəli giriş vizası - etibarlıq müddəti 1-90 gün; dövlət rüsumu – 35 Avro;
Çoxdəfəli giriş  vizası - etibarlıq müddəti 1 gündən – 2 ilədək; dövlət rüsumu – 35 Avro;

12 yaşdan aşağı uşaqlar üçün viza rüsumu ödənilmir.

Adi vizanın rəsmiləşdirilməsi üçün aşağıdakı sənədlər təqdim edilməlidir:

  • viza almaq üçün ərizə-anket (doldurarkən çap hərflərindən istifadə edilməlidir);
  • pasport və surəti (pasport - etibarlılıq müddəti viza verildiyi  gündən etibarən ən azı 90 gündən tez bitməməlidir);
  • biometrik identifikasiya tələblərinə uyğun 2 ədəd fotoşəkil (3 X 4);
  • dövlət rüsumunun ödənilməsi barədə qəbz (Commerzbank, Konto-Nr.: 266153601, BLZ 10040000, IBAN:DE73100400000266153601);
  • qəbul edən tərəfin  (hüquqi və ya fiziki şəxsin) Azərbaycan Respublikasının dövlət dilində vəsatəti;
  • vəsatət təqdim edən hüquqi şəxsin Nizamnaməsi və ya Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun qeydiyyatdan keçməsi barədə şəhadətnamənin       surəti, qəbul edən fiziki şəxsin şəxsiyyətini təsdiq edən sənədin surəti;
  • çoxdəfəli giriş vizası üçün Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin dəvət məktubu.

2. Xidməti kateqoriyalı viza - (xidməti pasporta malik şəxslər üçün)
Birdəfəli giriş vizası - etibarlıq müddəti 1- 90 gün, rüsumdan azad;
Çoxdəfəli giriş  - etibarlıq müddəti 1 gündən – 1 ilədək; rüsumdan azad;

Xidməti kateqoriyalı vizanın rəsmiləşdirilməsi üçün aşağıdakı sənədlər təqdim edilməlidir:

  • viza almaq üçün ərizə-anket (doldurarkən çap hərflərindən istifadə edilməlidir);
  • pasport və surəti (pasport etibarlılıq müddəti viza verildiyi  gündən etibarən ən azı 90 gündən tez bitməməlidir);
  • biometrik identifikasiya tələblərinə uyğun 2 ədəd fotoşəkil (3 X 4);
  • göndərən müvafiq dövlət təşkilatının səfərin məqsədini özündə əks etdirən məktubu.

3. Tranzit kateqoriyalı viza -  təyinat ölkəsinə səfər edən və Azərbaycan Respublikasından tranzit keçən şəxslər üçün rəsmiləşdirilir.

  • Birdəfəli tranzit vizası - etibarlıq müddəti 1- 5 gün, dövlət rüsumu – 20 Avro;
  • Tranzit viza rəsmiləşdirilməsi üçün aşağıdakı sənədlər təqdim edilməlidir:
  • viza almaq üçün ərizə-anket (doldurarkən çap hərflərindən istifadə edilməlidir);
  • pasport və surəti (pasport - etibarlılıq müddəti viza verildiyi  gündən etibarən ən azı 90 gündən tez bitməməlidir);
  • biometrik identifikasiya tələblərinə uyğun 2 ədəd fotoşəkil (3 X 4);
  • dövlət rüsumunun ödənilməsi barədə qəbz (Commerzbank, Konto-Nr.: 266153601, BLZ 10040000, IBAN:DE73100400000266153601);
  • təyinat ölkəsinin etibarlı vizası və ya təyinat ölkəsində olma hüququnu təsdiq edən sənədin surəti.

Qeyd 1: AFR-də daimi və ya müvəqqəti yaşayan digər ölkələrin vətəndaşları üçün nəzərdə tutulan dövlət rüsumları barədə məlumat (hier klicken);

Qeyd 2: Viza rəsmiləşdirilməsi üçün Səfirliyin bank hesabına ödınilmiş dövlət rüsumu geri qaytarılmır.

Qeyd 3: Viza almaq üçün ərizə-anket blankı tam doldurulmadıqda sənədlər qəbul edilmir.


Viza üçün ərizə-anket:

Viza üçün ərizə-anket:
Visa application form Azerbaijan-English