Səfirin tərcümeyi-halı
Ramin Müzəffər oğlu Həsənov, Azərbaycan Respublikasının Almaniya Federativ Respublikasında fövqəladə və səlahiyyətli səfiri
Təhsil:
1994-1998 | Bakalavr, Beynəlxalq Hüquq və Beynəlxalq Münasibətlər Fakültəsi, Bakı Dövlət Universiteti |
1998-2000 | Magistr, Beynəlxalq Hüquq və Beynəlxalq Münasibətlər Fakültəsi, Bakı Dövlət Universiteti |
1999 | Əcnəbi diplomatlar üçün kurs, Almaniya Federativ Respublikasının Xarici İşlər Nazirliyi |
Əmək fəaliyyəti:
1999-2000 | Referent, Attaşe, Avropa, ABŞ və Kanada İdarəsi, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi |
2000-2003 | Attaşe, III katib, Azərbaycan Respublikasının Almaniya Federativ Respublikasındakı Səfirliyi |
2003-2004 | III katib, II katib, Birinci Qərb Ərazi İdarəsi, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi |
2004-2005 | II katib, Beynəlxalq Hüquq və Müqavilələr İdarəsi, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi |
2005-2009 | II katib, I katib, Müşavir, Azərbaycan Respublikasının İsveçrə Konfederasiyası və Lixtenşteyn Knyazlığındakı Səfirliyi |
2009-2010 | Çoxtərəfli Əməkdaşlığın Beynəlxalq Hüquqi Tənzimlənməsi Şöbəsinin müdiri, Beynəlxalq Hüquq və Müqavilələr İdarəsi, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi |
2010-2013 | İdarə rəisinin müavini, Beynəlxalq Hüquq və Müqavilələr İdarəsi, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi |
2013-2016 | İdarə rəisi, Beynəlxalq Hüquq və Müqavilələr İdarəsi, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi |
07.09.2016-cı ildən | Azərbaycan Respublikasının Almaniya Federativ Respublikasında fövqəladə və səlahiyyətli səfiri |
Xarici dillər: Alman, ingilis, türk, rus
Ailə vəziyyəti: Evlidir, iki övladı var.