Ümumvətəndaş pasportlarının rəsmi̇ləşdi̇ri̇lməsi̇ qaydaları

Azərbaycan Respublikası vətəndaşına ümumvətəndaş pasportu 14 iyun 1994-cü il tarixli “Pasportlar haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada rəsmiləşdirilir.

Ümumvətəndaş pasportunun rəsmiləşdirilməsi üçün hər bir Azərbaycan vətəndaşı şəxsən Səfirliyin konsulluq şöbəsinə gəlməli, əl-barmaq izi verməli və aşağıda göstərilən sənədləri təqdim etməlidir. Nəzərə alınmalıdır ki, yeni ümumvətəndaş pasportlarının əldə edilməsi 3 (üç) ayadək davam edə bilər. Yeni pasportların rəsmiləşdirilməsi üçün sənədlərin qəbulu həftənin bazar ertəsi, çərşənbə və cümə günləri saat 09.00-dan 12.00-dək Səfirliyin Konsulluq şöbəsində aparılır.  

  • 18 yaşı tamam olmuş şəxslərə yeni ümumvətəndaş pasportunun rəsmiləşdirilməsi üçün aşağıdakı sənədlər təqdim edilməlidir:
  1. Ümumvətəndaş pasportunun əsli və surəti;
  2. Şəxsiyyət vəsiqəsinin əsli və surəti;
  3. Ümumvətəndaş pasportu verilməsi haqqında ərizə-anket; (anket forması buradan yüklənilə bilər) Ərizə-anketin yalnız 1.1, 1.2, 1.3, 1.4, 1.5, 1.6, 1.7, 1.8  saylı qrafalardakı suallara tam cavab verin və Şəxsi imzası qrafasının altında imza edin
  4. 2 ədəd 3x4 ölçüdə fotoşəkil;
  5. Konsulluq qeydiyyatı haqqında anket (Anket)(əgər vətəndaşın ümumvətəndaş pasportunda konsulluq qeydiyyatı haqqında müvafiq təsdiq varsa, anketin doldurulmasına ehtiyac yoxdur);
  6. AFR ərazisində yaşayış icazəsi (Aufenthaltserlaubnis) və surəti;
  7. “Dövlət rüsumu” haqqında Azərbaycan Respublikası Qanununun 16.1.2-ci maddəsinə əsasən, ümumvətəndaş pasportlarının alınması məqsədilə sənədlərin səfirlikdə və ya konsulluqda tərtib edilib göndərilməsinə görə 55 ABŞ dolları (təxminən 50 Avro) dövlət rüsumu ödənilir. Dövlət rüsumunun Səfirliyin bank hesabına ödənilməsini təsdiq edən qəbz (COMMERZBANK, Konto No: 26 61 53 601, BLZ: 100 40 000; IBAN:DE73100400000266153601);

Qeyd: Yeni ümumvətəndaş pasportu hazır olduqda şəxsən konsulluq şöbəsinin qəbul saatlarında götürə bilərsiniz. Yeni pasportun poçt vasitəsilə sizə göndərilməsini istəyirsinizsə, üzərinə sizin ünvanınız yazılmış və sizin tərəfinizdən imzalanmış zərfin təhvil alınması üçün (per Einschreiben) 5 (beş) avro miqdarında poçt markası yapışdırılmış zərf əlavə edilməsini xahiş edirik. Nəzərə alınmalıdır ki, pasportların poçt vasitəsi ilə göndərilərkən poçt idarələri tərəfindən sənədlərin itirilməsi və ya korlanmasına görə Konsulluq bölməsi hər hansı məsuliyyət daşımır.

Qeyd: Yeni ümumvətəndaş pasportunun rəsmiləşdirilməsi üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin (Bakı şəhəri, Rəşid Behbudiv küç. 130) kassasında aşağıda qeyd edilmiş yaş kateqoriyalarına uyğun olaraq dövlət rüsumu ödənilməlidir (Nəzərə alınmalıdır ki, qeyd edilən dövlət rüsumunun ASAN Xidmətdə ödənilməsi qəbul edilmir). Qeyd edilən dövlət rüsumunun hökumət ödəniş portalı (https://e-payment.mia.gov.az) vasitəsilə də ödənilməsi mümkündür;

  1. bir yaşınadək uşaqlar üçün - 10 manat;
  2. bir yaşından üç yaşınadək uşaqlar üçün - 20 manat
  3. üç yaşından on səkkiz yaşınadək uşaqlar üçün - 30 manat
  4. on səkkiz yaşına çatmış vətəndaşlar üçün - 40 manat

 

Qeyd: Yeni ümumvətəndaş pasportunun rəsmiləşdirilməsi üçün sənədlər təqdim edildikdə vətəndaşa məxsus vaxtı keçmiş pasport Konsulluq bölməsinə təhvil verilməlidi;

Qeyd: 18 – 35 yaş arası hərbi mükəlləfiyyəti olan kişilər tərəfindən yeni ümumvətəndaş pasportu rəsmiləşdirilməsi üçün sənədlər təqdim edildikdə, həmin şəxsin hərbi bileti və ya möhlət hüququnu təsdiq edən müvafiq hərbi komissarlığın arayışı təqdim edilməlidir. Nəzərə alınmalıdır ki, səhhəti ilə bağlı hərbi biletdə möhlət hüququnun tarixi keçmiş şəxslərə yeni ümumvətəndaş pasportları rəsmiləşdirilmir. Hərbi mükəlləfiyyətlə bağlı qeyd edilən sənədlər təqdim edilmədiyi təqdirdə yeni ümumvətəndaş pasportu məhdudiyyət aradan qalxanadək rəsmiləşdirilmir. 

  • 18 yaşı tamam olmamış şəxslərə yeni ümumvətəndaş pasportu rəsmiləşdirilməsi üçün əlavə olaraq aşağıdakı sənədlər təqdim edilməlidir:

 

  1. Doğum haqqında şəhadətnamənin əsli və surəti;
  2. Yeni ümumvətəndaş pasportunun rəsmiləşdirilməsinə etiraz edilmədiyi barədə hər iki valideynin notarial qaydada təsdiq olunmuş razılıq ərizəsi (əgər hər iki valideyin azyaşlıya yeni pasport rəsmiləşdirilməsi üçün Səfirliyin Konsulluq bölməsinə şəxsən gəlmişlərsə, o halda razılıq ərizəsinin notarial qaydada təsdiqinə ehtiyac yoxdur);
  3. Hər iki valideynin şəxsiyyətini təsdiq edən sənədlərin əsli və surəti (pasport və ya şəxsiyyət vəsiqələri);
  4. Valideynlərin nikah haqqında şəhadətnaməsinin surəti;

 

  • 18 yaşı tamam olmamış, Azərbaycan Respublikasının müvafiq qeydiyyat idarəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamələri olan şəxslərə fərdi identifikasiya nömrəsi alınmaqla yeni ümumvətəndaş pasportu rəsmiləşdirilməsi üçün əlavə olaraq aşağıdakı sənədlər təqdim edilməlidir:
  1. Azərbaycan Respublikasının müvafiq qeydiyyat idarəsi tərəfindən (keçmiş zaqs) verilmiş doğum haqqında şəhadətnamələri olan şəxslərin valideyni tərəfindən Fərdi İdentifikasiya nömrəsinin açılması barədə müvafiq ərizə (azad formada);
  2. Ərizəyə doğum haqqında şəhadətnamə, valideynlərin pasport surəti, azyaşlının AFR-də olma hüququnu təsdiq edən sənədin surəti əlavə edilməlidir.

Qeyd: Nəzərə alınmalıdır ki, Fərdi İdentifikasiya nömrəsinin əldə edilməsi təxminən 2-3 ayadək davam edə bilər;

Qeyd: Fərdi İdentifikasiya nömrəsi ilə ilk pasport almaq üçün sənədlərini təqdim edən şəxslər tərəfindən yuxarıdakı sənədlərə əlavə olaraq qan qrupu haqqında müvafiq arayış da təqdim edilməlidir;

 

  • Ümumvətəndaş pasportunu itirmiş, pasportu yararsız hala düşmüş, pasportu oğurlanmış, pasportu dolmuş və ya məlumat dəyişikliyi ilə bağlı yeni ümumvətəndaş pasportunun rəsmiləşdirilməsi üçün əlavə olaraq aşağıdakı sənədlər təqdim edilməlidir:

  

  1. Pasportun itirilməsi barədə polis bölməsi və ya müvafiq səlahiyyətli təşkilatın arayışı;

 

Qeyd: Yeni ümumvətəndaş pasportunun rəsmiləşdirilməsi üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin kassasında pasportun itirilməsi və ya yararsız hala düşməsi ilə bağlı 10 (on) manat miqdarında dövlət rüsumu ödənilməlidir;