Şəxslərə məhkumluğun olması (olmaması) barədə arayışların verilməsinə dair

Məhkumluq barədə arayış şəxsin bilavasitə müraciəti və şəxsiyyətini təsdiq edən sənəd əsasında verilir.

Müvafiq arayışın alınması üçün Səfirliyin Konsulluq şöbəsinə aşağıda qeyd olunan sənədlər təqdim olunmalıdır:

  1. Vətəndaşın ərizəsi (Ərizədə. ərizəçinin soyadı, adı, atasının adı,doğulduğu yer, tarix, vətəndaşlığı və yaşadığı ünvan, şəxsiyyətini təsdiq edən sənədin seriyası, nömrəsi, verilmə tarixi və orqan qeyd olunmalıdır);
  2. Ərizəçinin şəxsiyyətini təsdiq edən sənədlərin surəti (Pasport, şəxsiyyət vəsiqəsi);
  3. Yaşayış yeri haqqında arayış və onun Azərbaycan Respublikasının dövlət dilinə tərcüməsi (Meldebescheinigung);
  4. 5,00 Avro məbləğində poçt markası və üzərində Sizin ünvanınız yazılmış boş zərf;
  5. Sorğu göndərilməsi üçün Səfirliyin hesabına 30 avro dövlət rüsumunun ödənilməsini təsdiq edən qəbz. (COMMERZBANK Konto Nr: 266153601, BLZ 10040000; IBAN: DE73100400000266153601).

Qeyd 1. Hər bir şəxs məhkumluq barədə arayışı yalnız özü haqqında ala bilər.

Qeyd 2. Şəxsin özünün iştirakı mümkün olmadıqda, Azərbaycan Respublikasının AFR-dəki Səfirliyinin Konsulluq Şöbəsi tərəfindən təsdiq edilmiş etibarnamə ilə etibar edilmiş şəxs Azərbaycan Respublikasının səlahiyyətli orqanlarından müvafiq arayışı əldə edə bilər Nümunə