İkitərəfli münasibətlərin yaradılması haqqında məlumat

Almaniya Federativ Respublikası Azərbaycan Respublikasının müstəqilliyini tanıyan ilk ölkələrdən biridir (12 yanvar 1992-ci il). İki ölkə arasında diplomatik münasibətlər 1992-ci ilin 20 fevralında qurulmuşdur. 1992-ci ilin 2 sentyabr tarixində Azərbaycanın Almaniyada, 22 sentyabr tarixində isə Almaniyanın Azərbaycanda səfirlikləri açılmışdır. Azərbaycan Respublikasının Qərbi Avropada ilk səfirliyi məhz Almaniya Federativ Respublikasında açılmışdır.