İkitərəfli əməkdaşlığın digər sahələri

 

Diaspora məsələlərinə dair. Hal-hazırda təxminən 10200 nəfər Azərbaycan Respublikası vətəndaşı Azərbaycan Respublikasının AFR-dəki Səfirliyində konsulluq qeydiyyatındadır. Amma Almaniyada yaşayan Azərbaycan vətəndaşlarının ümumi sayı təsdiqlənməmiş məlumatlara görə 17000 nəfər civarındadır.

Almaniyada Azərbaycanı müxtəlif sahələrdə uğurla təmsil edən digər qurumlara Azərbaycan Respublikasının AFR-dəki Fəxri Konsulluğunu, Azərbaycan Tələbə Şəbəkəsi (ASN), Bakı-Berlin Qalereyası qeyri-hökumət təşkilatlarını, eləcə də Almaniyada Azərbaycan Evi, Azərbaycan-Alman Həmrəylik Cəmiyyəti, Alman-Azərbaycan Mədəniyyət Cəmiyyəti və digər fəal diaspor təşkilatlarını misal göstərmək olar.

Azərbaycan-Almaniya münasibətlərini təşviq edən mühüm qurumlardan biri tərkibinə Almaniyanın ictimai, siyasi, iqtisadi, mətbuat, mədəni və elmi həyatında tanınmış şəxslərin daxil olduğu Alman-Azərbaycan Forumudur (DAF). 2006-cı ildə Berlində yenidən təsis edilmiş DAF iki ölkə arasında ikitərəfli münasibətlərin təşviq edilməsi, siyasi, iqtisadi, mədəni əlaqələrin intensivləşməsi və elmi mübadilənin inkişaf etdirilməsi məqsədini daşıyır. DAF-ın idarə heyətinin sədri Alman Mərkəzi Sənətkarlar Birliyinin keçmiş baş katibi, tanınmış ictimai və iqtisadi xadim Hans-Eberhard Şlayerdir.

Azərbaycan Respublikasının AFR-dəki Fəxri Konsulluğu

Honorarkonsulat der Republik Aserbaidschan
Heilbronner Straße 154
70191 Stuttgart

Tel: +49 (0)711 263 7712 0

Fax: +49 (0)711 263 7712 9

info@honorarkonsulat-aserbaidschan.de

www.honorarkonsulat-aserbaidschan.de

Alman-Azərbaycan Forumu

Deutsch-Aserbaidschanisches Forum e.V.

Friedrichstr. 95, 10117 Berlin

Tel.: +49 (0)30 505 67 196
Fax: +49 (0)30 505 65 896

kontakt@da-forum.net

www.da-forum.net

Bakı-Berlin Qalereyası

Galerie Berlin-Baku GmbH

Großgörschenstrasse 7, 10827 Berlin

Tel.: +49 (0)30 23 63 55 56

info@galeriebb.de

 

 

(son yenilənmə 19.09.2018)