Nikahın pozulmasına dair Almaniya Federativ Respublikası məhkəmələrinin qərarlarının Azərbaycan Respublikasında tanınması qaydaları

Nikahın pozulmasına dair Almaniya Federativ Respublikası məhkəmələrinin qərarlarının Azərbaycan Respublikasında tanınması üçün zəruri olan sənədlər aşağıdakılardır:

  • Qüvvəyə minmiş məhkəmə qərarı üst məhkəmə tərəfindən təsdiq edilməli və Azərbaycan Respublikasının Almaniya Federativ Respublikasındakı Səfirliyində leqallaşdırılmalıdır (Leqallaşdırılma üçün tələb edilən 58 Avro məbləğində dövlət rüsumunun səfirliyin konsulluq bölməsinin bank hesabına küçürülməsini təsdiq edən qəbz əlavə edilməlidir).
  • Qeyd edilən qərar andlı tərcüməçi tərəfindən Azərbaycan dilinə tərcümə edilərək möhür ilə təsdiqləndikdən sonra Azərbaycan Respublikasının Almaniya Federativ Respublikasındakı Səfirliyində təsdiq edilməlidir (Tərcümənin təsdiqi üçün tələb edilən 20 Avro məbləğində dövlət rüsumunun səfirliyin konsulluq bölməsinin bank hesabına küçürülməsini təsdiq edən qəbz əlavə edilməlidir).
  • Vəsatət
  • Pasportun nüsxəsi.
  • Zərf və 5 Avro məbləğində marka (cavab məktubunun poçt vasitəsilə göndərilməsi zəruri olduğu təqdirdə).

 

Bankverbindung:

Botschaft der Republik Aserbaidschan

COMMERZBANK, Konto No: 26 61 53 601, BLZ: 100 40 000

IBAN:DE73100400000266153601