2015-08-14
Azərbaycanın Almaniyadakı Səfirliyinin jurnalist Rasim Əliyevin ölümünün bəzi dairələr tərəfindən siyasiləşdirməsi cəhdlərinə dair mövqeyi

Azərbaycan Respublikasının AFR-dəki Səfirliyi Almaniyada bəzi qüvvələrin jurnalist Rasim Əliyevin vəfatını siyasiləşdirmək cəhdlərini pisləyən bəyanat yayib.

Səfirlik Almaniyada bəzi dairələrin jurnalist Rasim Əliyevin jurnalist fəaliyyətinə dair düzgün olmayan məlumatlar yaymaqla ölüm hadisəsini siyasiləşdirməyə yönəlmiş cəhdlərini pisləyib. Bəyanatda bildirilir ki, bir insanın faciəvi ölümünü kimlərinsə siyasi məqsədlər üçün reklam kampaniyası kimi sui-istifadə etməsi hər hansı mənəviyyata sığmır. Səfirlik bu hadisənin və onunla əlaqədar açılmış cinayət işinin siyasiləşdirilməsi cəhdlərindən kənar durmağa çağırıb.

Bəyanatda bildirilir ki, Azərbaycanın hüquq-mühafizə orqanlarının jurnalistin ölümü hadisəsi ilə bağlı gördüyü təcili əməliyyat-istintaq tədbirləri nəticəsində cinayətin törədilməsində şübhəli bilinən şəxslər istintaqa cəlb edilib. Hazırda cinayət işi üzrə istintaq davam edir, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev istintaqın gedişatını nəzarətdə saxlayır.

 

növbəti xəbər əvvəlki xəbər

 

 

bakushop