2016-09-20
Azərbaycan Respublikasının Almaniyadakı Səfirliyində Referenduma hazırlıq işləri başa çatdırılmışdır

“Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” Referendum Aktının layihəsi ilə bağlı cari ilin 26 sentyabr tarixində keçiriləcək ümumxalq səsverməsi ilə əlaqədar Azərbaycan Respublikasının Almaniya Federativ Respublikasındakı Səfirliyində səsvermə keçiriləcəkdir.

Azərbaycan Respublikası Seçki Məcəlləsinə əsasən səsvermə günü xarici dövlətlərdə olan seçicilərin səs verməsi üçün Azərbaycan Respublikasının Almaniya Federativ Respublikasındakı Səfirliyində Seçki məntəqəsi yaradılmışdır. Məntəqədə vətəndaşlarımızın səs vermə hüquqlarının həyata keçirilməsi üçün tələb olunan tədbirlər başa çatdırılmış və zəruri hazırlıq işləri görülmüşdür.

Almaniyada yaşayan vətəndaşlarımızın səsvermə ilə bağlı məlumatlandırılması üçün Səfirlik tərəfindən poçt vasitəsilə bildirişlər göndərilmiş, vətəndaşlarımıza e-mail və telefonla ətraflı izahlar verilmişdir. Ölkədə yaşayan vətəndaşlarımızın səsvermədə aktiv iştirakı üçün Almaniyanın müxtəlif bölgələrində fəaliyyət göstərən diaspor təşkilatlarımız da bu işlərə cəlb edilmişdir.

 

növbəti xəbər əvvəlki xəbər