2016-11-02
Erməni tərəfi cəbhədə vəziyyəti məqsədyönlü şəkildə gərginləşdirir

Azərbaycan Respublikası Müdafiə Nazirliyi 02.11.2016-cı ildə cəbhədəki vəziyyətə dair məlumat yayıb.

“Noyabrın 2-nə keçən gecə erməni silahlı bölmələri cəbhənin şimal-qərb istiqamətində yerləşən bölmələrimizin mövqelərini 60 millimetrlik minaatanlardan, qumbaraatanlardan və iriçaplı pulemyotlardan yenə də intensiv atəşə tutub.
Сavab tədbirləri nəticəsində düşmən susdurulub.
Bildiririk ki, qoşunların təmas xəttində vəziyyətin məqsədyönlü şəkildə gərginləşdirilməsinə görə bütün məsuliyyət Ermənistanın kriminal hərbi-siyasi rejiminin üzərinə düşür.”

Azərbaycan Respublikası Müdafiə Nazirliyi

növbəti xəbər əvvəlki xəbər

 

 

bakushop