2016-11-17
Azərbaycan-Almaniya ikitərəfli hərbi əməkdaşlıq məsələləri üzrə məsləhətləşmələr keçirilib

15-17 noyabr 2016-cı il tarixlərində Almaniya Müdafiə Nazirliyində Almaniya Müdafiə Nazirliyinin Beynəlxalq Əməkdaşlıq İdarəsinin təmsilçiləri və Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümayəndə heyəti arasında ikitərəfli görüş keçirilib.

Görüşdə ikitərəfli hərbi əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri, eləcə də görüləcək birgə tədbirlər nəzərdən keçirilib. 2016-cı ilin nəticələri və ikitərəfli əməkdaşlıq proqramının nailiyyətləri ümumiləşdirilib, 2017-ci il üçün ikitərəfli əməkdaşlıq proqramının layihəsi tərtib olunub.

Tərəflər ikitərəfli əməkdaşlıq və hərbi təhsil sahəsində Azərbaycan-Almaniya birgə fəaliyyətini yüksək qiymətləndiriblər.

növbəti xəbər əvvəlki xəbər