2016-12-19
Berlin şəhərində törədilmiş faciəvi hadisə ilə əlaqədar Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin mətbuat açıqlaması

Biz, Almaniyanın Berlin şəhərində törədilən, insanların ölümü və yaralanmasına səbəb olan faciəvi hadisədən dərindən kədərləndik. Bu hadisə nəticəsində həyatını itirmiş şəxslərin ailələrinə, Almaniya hökumətinə və xalqına dərin hüznlə başsağlığı verir, onların kədərini bölüşür və yaralananların tezliklə şəfa tapmasını diləyirik.

növbəti xəbər əvvəlki xəbər