2017-05-09
Azərbaycanın Almaniyadakı fövqəladə və səlahiyyətli səfiri 9 May- Qələbə günü münasibətilə Berlində keçirilən tədbirlərdə iştirak edib

9 may 2017-ci il tarixində Berlin şəhərində Böyük Vətən müharibəsində faşizm üzərində qələbənin 72-ci ildönümünə həsr olunmuş bayram tədbirləri keçirilib. Tədbirlərdə Almaniya Federativ Respublikası hökumətinin, ölkədə akkreditə olunmuş diplomatik korpusun və kütləvi informasiya vasitələrinin  nümayəndələri, eləcə də müharibə veteranları iştirak ediblər.  

Mərasim iştirakçıları Berlin şəhəri uğrunda getmiş döyüşlərdə həlak olmuş azərbaycanlı əsgər və zabitlərin də dəfn olunduğu Treptov parkında Sovet əsgərlərinin şərəfinə ucaldılmış “Xilaskar əsgər” abidəsini və Tirqarten parkında dəfn edilmiş sovet əsgərlərinin məzarını ziyarət edərək əklillər qoyublar.  

Azərbaycan Respublikasının AFR-dəki fövqəladə və səlahiyyətli səfiri Ramin Həsənov, Səfirliyin əməkdaşları və hərbi attaşesi tədbirlərdə iştirak ediblər. 

növbəti xəbər əvvəlki xəbər

 

 

bakushop