2017-10-20
Almaniyada “Azərbaycan Bolqarıstanla Berlində rastlaşır” adlı sərgi keçirilir

Almaniyada yerləşən “Bakı-Berlin” qalereyasının təşkilatçılığı ilə “Azərbaycan Bolqarıstanla Berlində rastlaşır” adlı sərgi keçirilir.

Sərgidə azərbaycanlı və bolqar rəssamlar tərəfindən müxtəlif üslublarda çəkilmiş əsərlər nümayiş etdirilir.

Səriginin açılış mərasimində “Bakı-Berlin” qalereyasının kuratoru Pərvanə Əhrari təmsil etdiyi qalereyanın təkcə alman və azərbaycanlı rəssamların əsərlərinin nümayiş etdirilməsi ilə kifayətlənmədiyini bildirib. O, burada, həmçinin müxtəlif ölkələri təmsil edən digər rəssamların əsərlərinin də sərgiləndiyini söyləyib. Bildirib ki, azərbaycanlı rəssamlarla yanaşı, bolqar rəssamlarının əsərlərinin “Bakı-Berlin” qalereyasında nümayişi bunun bariz göstəricisidir.

Sərginin açılışında Azərbaycan və Bolqarıstan səfirliklərinin əməkdaşları da iştirak ediblər. Onlar iki ölkə arasında sıx mədəni əməkdaşlığın mövcud olduğunu və bunun uğurla davam etdirildiyini bildiriblər.

Sərgi noyabr ayının sonunadək davam edəcəkdir.

 

növbəti xəbər əvvəlki xəbər

 

 

bakushop