2017-10-27
Azərbaycanın və Almaniyanın Müdafiə nazirlikləri arasında ikitərəfli danışıqlar aparılıb

26 oktyabrın 2017-ci ildə “Azərbaycan Respublikası Müdafiə Nazirliyi və Almaniya Federativ Respublikası Federal Müdafiə Nazirliyi arasında 2017-ci il üçün ikitərəfli əməkdaşlıq Proqramı”na uyğun olaraq, Bakıda hər iki ölkənin Müdafiə nazirlikləri arasında danışıqlar keçirilib.

Görüşdə ölkələrimiz arasında hərbi sahədə əməkdaşlığın mövcud vəziyyəti, inkişaf perspektivləri, hərbi təlim və təhsil üzrə əməkdaşlıq fəaliyyətləri müzakirə olunub. Tədbirdə, həmçinin regional təhlükəsizlik məsələləri barədə fikir mübadiləsi aparılıb.

növbəti xəbər əvvəlki xəbər

 

 

bakushop