2017-11-12
Berlində Muslim Maqomayevin anadan olmasının 75-ci ildönümünə həsr olunmuş konsert keçirilib

12 noyabr 2017-ci ildə Berlin şəhərinin mərkəzi sinaqoqunda Müslim Maqomayevin anadan olmasının 75-ci ildönümünə həsr olunmuş konsert keçirilib. Tədbir Berlin Yəhudi İcması tərəfindən təşkil olunub.

Konsertdə tanınmış sovet bəstəkarı Eduard Kolmanovskinin oğlu bəstəkar Sergei Kolmanovskinin royalda müşayiəti ilə müğənni Vladimir Lübanski tərəfindən Müslim Maqomayevin repertuarından məşhur mahnılar ifa olunub.

Azərbaycan Respublikasının Almaniyadakı Səfirliyinin nümayəndələri tədbirdə iştirak ediblər.

növbəti xəbər əvvəlki xəbər

 

 

bakushop