2017-11-14
Azərbaycanın nümayəndə heyəti BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının 23-cü Tərəflər Konfransında iştirak edir

Almaniyanın Bonn şəhərində  BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının 23-cü Tərəflər Konfransı dünyanın 196 ölkəsindən 20 minə yaxın nümayəndənin iştirakı ilə 13 noyabr 2017-ci il tarixində öz işinə başlayıb.

Ölkə Prezidenti cənab İlham Əliyevin tapırığına əsasən konfransda Azərbaycanı Ekologiya və Təbii Sərvətlər naziri Hüseyn Bağırovun başçılq etdiyi nümayəndə heyəti təmsil edir.

Konfransın açılış mərasimində  BMT-nin Baş katibi cənab Antonio Quterreş, Ficinin Baş naziri cənab Frank Bainimarama  və digər yüksək səviyyəli nümayəndələr iştirak edib.

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının  23-cü Tərəflər Konfransı 17 noyabr 2017-ci il tarixinədək davam edəcək.

növbəti xəbər əvvəlki xəbər