2017-12-01
Azərbaycan “Birləşmiş Dost Ayılar: Tolerantlıq sənəti” sərgisində təmsil olunub

01.12.2017-ci il tarixində Berlin şəhərində “United Buddy Bears: The art of tolerance” (“Birləşmiş Dost Ayılar: Tolerantlıq sənəti”) adlı sərgi keçirilib. Səfirliyimiz adıçəkilən tədbirdə iştirak edib. Məlum olduğu kimi, ayı Berlin şəhərinin simvolu hesab olunur.

Sərgidə təxminən 140 ölkəni səciyyələndirən ayı heykəlləri nümayiş olunub. Azərbaycana həsr olunmuş ayı heykəlinin müəllifi Əli Şəmsidir. Həmin heykəlin üzərində Qobustan qaya rəsmləri, Qız Qalası, nar, neft platforması, alov, muğam ifaçısı, Xəzər dənizi və  digər mövzular əks olunub. Həmin heykəl haqda məlumat linkdən əldə oluna bilər.

http://www.buddy-baer.com/united-buddy-bears/united-buddy-bears-show/united-buddy-bears-show.html?tx_bbshow_pi1%5Bbaer%5D=2030&tx_bbshow_pi1%5Bshow%5D=42&cHash=f75f17aad598b67a4b0a99aced3a6b45

növbəti xəbər əvvəlki xəbər