2018-05-08
Düsseldorfda Azərbaycan Xalq Cümhuriyyətinin və Qara Qarayevin 100 illik yubileyləri qeyd olunmuşdur.

Azərbaycanın Almaniyadakı səfirliyinin dəstəyi, Düsseldorfda fəaliyyət göstərən “Pinnokio” Cəmiyyətinin təşkilatçılığı və Azərbaycan, rus və almandilli cəmiyyətlərin iştirakı ilə Düsseldorf şəhərində Azərbaycan Xalq Cümhuriyyətinin və dahi bəstəkar Qara Qarayevin 100 illik yubileylərinə həsr olunmuş gecə keçirilmişdir.

Düsseldorf şəhərinin meri Tomas Geysel gecənin təşkilatçısı, “Pinnokio” Cəmiyyətinin rəhbəri Lalə Süleymanovaya, Azərbaycandan gəlmiş Xalq Yazıçısı Çingiz Abdullayevə təşəkkür etmişdir.

Daha sonra Çingiz Abdullayev tədbir iştirakçılarına Azərbaycan xalqının böyük mədəni irsi, müxtəlif zamanlarda yaşayıb-yaratmış yazıçı və şairlər haqqında məlumat vermiş, Qara Qarayevin yaradıcılığı və musiqi irsi barədə danışmışdır.

Tədbirin bədii hissəsində Almaniyada musiqi fəaliyyəti ilə məşğul olan həmyerlimiz Anar İbrahimov skripkada Qara Qarayevin əsərlərini ifa etmişdir. Çexiya və Azərbaycanda tanınan dramaturq və şairə Leyla Bəyim Cəfərova isə dahi bəstəkarın 100 illiyinə həsr etdiyi “Yeddi gözəl” adlı lirik əsərini səsləndirmişdir. Həmçinin azərbaycanlı rəssam və gəlincik ustası olan Vəfa Həşimova yubiley üçün hazırladığı yeni kolleksiyasını təqdim etmişdir.

 

 312

növbəti xəbər əvvəlki xəbər