2018-05-08
May ayının 12-də Azərbaycan Respublikasının AFR-dəki Səfirliyinin Konsulluq bölməsi tərəfindən Nürnberq şəhərində yaşayan Azərbaycan Respublikası vətəndaşları və soydaşlarımızın konsulluq-hüquq məsələləri ilə bağlı səyyar konsul qəbulu təşkil ediləcəkdir.

Almaniya Federativ Respublikasının Nürnberq şəhərində yaşayan Azərbaycan Respublikası vətəndaşları və soydaşlarımızın konsulluq-hüquq məsələləri ilə bağlı, o cümlədən Azərbaycan Respublikasına giriş vizalarının və ümumvətəndaş pasportlarının rəsmiləşdirilməsi, Azərbaycan Respublikası vətəndaşlığına xitam verilməsi və vətəndaşlığın bərpası, vətəndaşlıq vəziyyəti aktları ilə bağlı şəhadətnamələrin, təkrar şəhadətnamələrin və arayışların alınması, sənədlərin Azərbaycan Respublikası orqanlarından sorğu edilməsi və digər konsulluq əməliyyatları və hərəkətləri barədə məsləhətlərin verilməsi məqsədilə Azərbaycan Respublikasının AFR-dəki Səfirliyinin Konsulluq bölməsi tərəfindən səyyar konsul qəbulu təşkil ediləcəkdir.

Qəbul 12 may 2018-ci il tarixində saat 11.00-dan 17.00-dək aşağdakı ünvanda keçiriləcəkdir:

 

Imbuschstrasse 1, 90473 Nürnberg

Email: berlin_consul@mfa.gov.az

Tel: 030 20648063

növbəti xəbər əvvəlki xəbər