2018-11-28
Azərbaycanın və Almaniyanın hərbi hüquq ekspertləri arasında görüş keçirilib

Azərbaycan Respublikası və Almaniya Federativ Respublikası Müdafiə Nazirlikləri arasında illik hərbi əməkdaşlıq planına əsasən noyabrın 28-də Bakıda iki ölkənin hərbi hüquq üzrə ekspertlərinin işçi görüşü keçirilib.


Tədbirdə hərbi qanunvericiliyə dair qarşılıqlı təcrübə mübadiləsi keçirilib, hərbi qulluqçuların və onların ailə üzvlərinin sosial-hüquqi müdafiəsinin xüsusiyyətləri, eləcə də bir sıra digər məsələlər müzakirə olunub. 

növbəti xəbər əvvəlki xəbər