2019-02-06
Azərbaycan şirkətləri Almaniyada təşkil olunan “Fruit Logistica 2019” beynəlxalq meyvə-tərəvəz sərgisində iştirak edir

6 fevral 2019-cu ildə Berlin şəhərində növbəti “Fruit Logistica” beynəlxalq meyvə-tərəvəz sərgisi öz işinə başlayıb. 

90-dan artıq ölkədən təxminən 3200 eksponentin iştirak etdiyi sözügedən sərgidə Azərbaycan milli stendi ilə təmsil olunur, kənd təsərrüfatı sahəsində 14 özəl şirkətimizin məhsulları nümayiş etdirilir. Sərgi şirkətlərimizə milli məhsullarımızı nümayiş etdirməklə yanaşı “B2B” müzakirələr üçün də imkan yaradır. 

06.02.2019-cu il tarixində sərgidəki milli stendimizə Azərbaycan Respublikasının Almaniya Federativ Respublikasındakı Səfiri Ramin Həsənov da baş çəkib. 

Sərgi 08.02.2019-cu il tarixinədək davam edəcəkdir.

 

növbəti xəbər əvvəlki xəbər