2019-02-26
Xocalı Soyqırımının 27-ci ildönümü

1992-ci ilin fevral ayının 25-dən 26-na keçən gecə Ermənistanın hərbi birləşmələri Dağlıq Qarabağın Xankəndi şəhərində yerləşən keçmiş SSRİ-nin 366-cı motoatıcı alayının şəxsi heyətinin iştirakı ilə Xocalı şəhərinə hücum edərək dinc əhaliyə qarşı soyqırım aktını törədiblər.

Erməni hərbi birləşmələri Xocalı şəhərini yerlə-yeksan ediblər. Şəhər 366-cı motoatıcı alayın sərəncamında olan ağır texnika ilə tamamilə dağıdılıb və yandırılıb. Şəhərin dinc əhalisi, o cümlədən uşaqlar, qadınlar, ahıl və xəstə insanlar qəddarcasına qətlə yetirilib.

Bu hərbi cinayət nəticəsində 106 qadın, 83 uşaq və 70 yaşlı insan olmaqla 613 nəfər qətlə yetirilib. Qətlə yetirilən insanlardan 56 nəfəri xüsusi qəddarlıqla - diri-diri yandırılaraq, başının dərisi soyularaq, boynu vurularaq, gözləri çıxarılaraq, hamilə qadınların isə qarın boşluğuna süngü ilə vururaq öldürülüb.

8 ailə tamamilə məhv edilib, 26 uşaq hər iki valideynini və 130 uşaq isə bir valideynini itirib. Faciə zamanı 487 nəfər Xocalı sakini müxtəlif dərəcələrdə şikəst edilib. 1275 dinc sakin, xüsusilə ahıl insanlar, uşaqlar və qadınlar əsir götürülüb və əsirlikdə olduqları müddətdə təhqir və işgəncələrə məruz qalıb. Bu insanların 150 nəfərinin taleyi isə bu günədək naməlumdur.

Biz Xocalını unutmuruq və unurdurmuruq!

növbəti xəbər əvvəlki xəbər