2019-02-21
Səfir Ramin Həsənov Alman Parlament Cəmiyyətində Almaniya Bundestaqının deputatları ilə görüş keçirib.

Səfir Ramin Həsənov 21 fevral 2019-cu il tarixində Alman Parlament Cəmiyyətində Almaniya Bundestaqının Xristian Demokratlar və Xristian Sosialistlər İttifaqı Fraksiyasından olan deputatlarla görüş keçirib.

Səfir Ramin Həsənov çıxış edərək Azərbaycanda baş verən son inkişaflar, Azərbaycanın rəhbərliyi ilə həyata keçirilən regional layihələrin cari vəziyyəti, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, habelə Azərbaycanla Almaniya arasındakı münasibətlərdəki yeniliklər barədə məlumat verib.

Almaniya Bundestaqının deputatı, İqtisadiyyat və Energetika Nazirliyində dövlət katibi Tomas Barays Almaniyanın Federal kansleri xanım Angela Merkelin Azərbaycana səfərinə dair məlumat verib. O, federal kanslerin səfərinin yekunlarına nəzər yetirərək bu səfərin ikitərəfli münasibətlərin inkişafına töhfə verdiyini qeyd edib. Bununla yanaşı T.Barays Azərbaycan-Almaniya Ticarət və İnvestisiyalar üzrə Yüksək Səviyyəli İşçi Qrupunun növbəti iclası çərçivəsində Azərbaycana səfərindən söz açıb.

Görüşdə regionumuzdakı siyasi, iqtisadi və təhlükəsizlik məsələlərinə, o cümlədən Azərbaycanın xarici siyasəti və Avropa ölkələri ilə enerji sahəsində əməkdaşlığına dair fikir mübadiləsi aparılıb. 

növbəti xəbər əvvəlki xəbər