2019-03-27
Berlin şəhərində türkdilli dövlətlərin diasporaları üçün 1-ci potensialın yaradılması təlim proqramı keçirilib

26.03.2019-cu il tarixində Berlin şəhərində türkdilli dövlətlərin diasporaları üçün 1-ci potensialın yaradılması təlim proqramı təşkil olunub.

Proqramda TDƏŞ-ə üzv olan ölkələrin diaspora qurumlarının və sözügedən təşkilatın katibliyinin nümayəndələri iştirak ediblər. Təlim zamanı türkdilli diasporalar arasında bu sahədə təcrübə və fikir mübadiləsi aparılıb.

Səfir Ramin Həsənov tədbirdə açılış nitqi söyləyib. Çıxış zamanı tədbirin əhəmiyyəti, türkdilli xalqların diasporalarının hazırkı dünyada oynadığı rol, daha yaxşı nəticələrin əldə olunması üçün birgə əlaqələndirilmiş səylərin və həmrəyliyin vacibliyi vurğulanıb. Diaspora sahəsində ölkəmizdə görülən işlərdən bəhs olunub.

Eyni gündə TÜRKSOY tərəfindən Novruz konserti təşkil edilib.

TÜRKSOY orkestrinin ifa etdiyi tədbirdə ölkəmizi “Cəngi” rəqs ansamblı və gənc xanəndə Nisbət Sadrayeva təmsil edib.

 

növbəti xəbər əvvəlki xəbər