2019-05-10
Ümummilli lider Heydər Əliyevin xatirəsi Azərbaycanın Almaniyadakı səfirliyində yad edilib

Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin əziz xatirəsi Azərbaycan Respublikasının Almaniya Federativ Respublikasındakı Səfirliyində dərin ehtiramla yad edilib.

Səfir Ramin Həsənov ulu öndərin xalqımızın həyatında, müstəqil dövlətçilik tariximizdə misilsiz rolundan bəhs edib. O, cari il 10 may tarixinin dahi şəxsiyyətin anadan olmasının 96-cı ildönümü olduğunu və onun əziz xatirəsinin xalqımızın yaddaşında silinməz izlər buraxdığını və daima yaşadığını vurğulayıb. 

növbəti xəbər əvvəlki xəbər