2019-06-24
Berlin Beynəlxalq Məktəbində keçirilmiş “Beynəlxalq gün” tədbirində ölkəmiz də iştirak edib

22 iyun 2019-cu il tarixində Berlin şəhərində Berlin Beynəlxalq Məktəbi tərəfindən “Beynəlxalq Gün” tədbiri təşkil edilib.

Tədbirdə 22 ölkə, o cümlədən Səfirliyimizin dəstəyi ilə Azərbaycan təmsil olunub.

Azərbaycanlı şagirdlər tərəfindən tədbir zamanı stend qurulub, orada ölkəmizin mədəniyyətinə, incəsənətinə və turistik imkanlarına dair müvafiq əyani materiallar nümayiş olunmuş və paylanılmış, eləcə də ziyarətçilərə milli mətbəx nümunələrimiz ikram olunub.

Gün ərzində milli stendimizə çoxlu sayda qonaqlar baş çəkib.

növbəti xəbər əvvəlki xəbər