2019-10-02
Azərbaycan və Almaniya Müdafiə nazirlikləri arasında ikitərəfli danışıqlar keçirilib

Oktyabrın 2-də “Azərbaycan Respublikası Müdafiə Nazirliyi və Almaniya Federativ Respublikası Federal Müdafiə Nazirliyi arasında 2019-cu il üçün ikitərəfli əməkdaşlıq Proqramı”na uyğun olaraq Bakı şəhərində hər iki ölkənin müdafiə nazirlikləri arasında danışıqlar keçirilib.
Görüşdə ölkələrimiz arasında hərbi sahədə əməkdaşlığın mövcud vəziyyəti, inkişaf perspektivləri, hərbi təlim və təhsil üzrə əməkdaşlıq fəaliyyətləri müzakirə olunub, eləcə də regional təhlükəsizlik məsələləri barədə fikir mübadiləsi aparılıb.

Mənbə: https://mod.gov.az/az/news/azerbaycan-ve-almaniya-mudafie-nazirlikleri-arasinda-ikiterefli-danisiqlar-kecirilib-28714.html 

növbəti xəbər əvvəlki xəbər