2019-10-04
Azərbaycan məhsulları Almaniyada nümayiş olunacaq

5-9 oktyabr tarixlərində Almaniyanın Köln şəhərində “Anuga 2019” beynəlxalq ərzaq sərgisi keçiriləcək. Sərgidə Azərbaycan qida sənayesi məhsulları istehsalı ilə məşğul olan 18 yerli şirkətlə təmsil olunacaq. Qeyd edək ki, “Anuga 2019” dünyanın ən böyük ərzaq sərgilərindəndir. Sərgidə hər il dünyanın 100-dən çox ölkəsindən şirkətlər təmsil olunur. 

Mənbə: https://economy.gov.az/article/azerbaycan-mehsullari-almaniyada-numayish-olunacaq/30485 

növbəti xəbər əvvəlki xəbər