2019-12-04
Azərbaycan Respublikasının Almaniyadakı Səfirliyi tərəfindən 30.11.2019-cu ildə Köln şəhərində Azərbaycan Respublikasının vətəndaşları üçün səyyar konsul qəbulu təşkil edilib

Qəbul zamanı Səfirliyin əməkdaşları tərəfindən vətəndaşlarımıza ümumvətəndaş pasportlarının və Azərbaycan Respublikasına Qayıdış Şəhadətnamələrinin rəsmiləşdirilməsi, Azərbaycan Respublikası vətəndaşlığına xitam verilməsi və vətəndaşlığın bərpası, vətəndaşlıq vəziyyəti ilə bağlı şəhadətnamələrin, təkrar şəhadətnamələrin və arayışların alınması, sənədlərin Azərbaycan Respublikası orqanlarından sorğu edilməsi və digər konsulluq əməliyyatları və hərəkətləri barədə məsləhətlər verilib, onları maraqlandıran suallar cavablandırılıb, konsulluq əməliyyatları ilə bağlı sənədlər qəbul edilib və Səfirliyin konsulluq şöbəsində göstərilən xidmətlər barədə ətraflı məlumatlar diqqətə çatdırılıb.

Qəbulda 70-ə yaxın Azərbaycan Respublikasının vətəndaşı iştirak edib.

növbəti xəbər əvvəlki xəbər