2020-01-13
Azərbaycan məhsulları "Beynəlxalq Yaşıl Həftə 2020” sərgisində nümayiş olunacaq

Yanvarın 17-26-da Almaniya Federativ Respublikasının paytaxtı Berlin şəhərində qida, kənd təsərrüfatı və bağçılıq sahəsində ənənəvi “Beynəlxalq Yaşıl Həftə” (“International Green Week”) sərgisi keçiriləcək.

İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə sərgidə qida, şərab və digər spirtli içki istehsalı, eləcə də kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən 11 Azərbaycan şirkəti öz məhsullarını “Made in Azerbaijan” vahid ölkə stendində nümayiş etdirəcək. Sərgi çərçivəsində Azərbaycan sahibkarları görüşlər keçirəcək, ixraca dair müzakirələr aparacaqlar.

Qeyd edək ki, dünyanın 70-dən çox ölkəsindən 1500-dən çox şirkətin iştirak etdiyi və Avropanın ən iri sərgisi hesab olunan “Beynəlxalq Yaşıl Həftə" sərgisində Azərbaycan 12-ci dəfə təmsil olunacaq.

Mənbə: https://economy.gov.az/article/azerbaycan-mehsullari-beynelxalq-yashil-hefte-2020-sergisinde/30653 

növbəti xəbər əvvəlki xəbər