2020-02-24
Berlində Xocalı soyqırımına həsr olunan sərgi təşkil edilib

Almaniyanın Berlin şəhərində Azərbaycanın xalq rəssamı Əşrəf Heybətovun Xocalıya həsr olunan əsərlərinin sərgisi təşkil edilib.

Sərginin açılışında AR diaspora üzrə Dövlət Komitəsinin və Azərbaycanın Almaniyadakı səfirliyinin nümayəndələri, eləcə də soydaşlarımız iştirak ediblər.

Tədbirdə Dövlət Komitəsinin sədri Fuad Muradov, Azərbaycanın Almaniyadakı səfiri Ramin Həsənov çıxış ediblər. Natiqlər Qarabağ həqiqətlərindən, Xocalı soyqırımının dünya ictimaiyyətinə çatdırılmasında diasporun rolundan, Azərbaycan evinin bu istiqamətdə fəaliyyətindən, Almaniyada yaşayan tanınmış rəssam Əşrəf Heybətovun bu hadisələri öz əsərlərində təsvir etməsinin əhəmiyyətindən danışıblar.

Onlar soydaşlarımızın Azərbaycanın taleyüklü məsələlərində birlik və yekdillik nümayiş etdirməsinin vacibliyi vurğulayıblar.

növbəti xəbər əvvəlki xəbər