2020-03-13
Elan

Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən koronavirus infeksiyasının (COVİD-19) qlobal pandemiya elan olunduğunu nəzərə alaraq, virusun yayılmasının qarşısını almaq məqsədilə Azərbaycan Respublikasının Almaniya Federativ Respublikasındakı Səfirliyinin konsulluq bölməsində qəbul 16 mart 2020-ci il tarixindən müvəqqəti olaraq dayandırılır. Təcili və istisna hallarda qəbul yalnız əvvəlcədən təyin olunmuş görüş vaxtında keçirilə bilər. Belə görüş üçün +4930 219 161 58 telefon nömrəsi vasitəsi ilə müraciət etmək mümkündür. Şəxsən iştirak tələb olunmayan konsulluq əməliyyatları ilə əlaqədar isə (12 mart 2019-cu il tarixli elanımıza baxın) poçt və ya email (consul_berlin@mission.mfa.gov.az) vasitəsilə müraciət etməyiniz tövsiyə olunur. Hamımızın sağlamlığı bizim üçün prioritetdir. Anlayışınız üçün təşəkkür edirik.

növbəti xəbər əvvəlki xəbər