2020-03-16
Almaniyada səfərdə olan və koronavirusla bağlı mövcud olan durum səbəbindən ölkəni tərk edə bilməyən Azərbaycan vətəndaşlarının nəzərinə!

Almaniya Federativ Respublikasının Xarici İşlər Nazirliyinin məlumatına əsasən, Almaniyada səfərdə olan və koronavirusla bağlı mövcud olan durum səbəbindən ölkəni tərk edə bilməyən Azərbaycan vətəndaşları vizalarının uzadılması (ehtiyac olduğu təqdirdə) ilə bağlı olduqları ərazidə yerləşən Əcnəbilər İdarəsinə (Ausländerbehörde) müraciət etməlidirlər.

növbəti xəbər əvvəlki xəbər