Konsulluq xidməti və Viza
Konsulluq xidməti və Viza
Təhsil haqqında sənədlərin leqallaşdırılması
Almaniyanın təhsil müəssisələri tərəfindən verilmiş təhsil sənədləri səfirliyin konsulluq bölməsində leqallaşdırıla bilər. Bunun üçün təhsil sənədinin əsli üst qurumda (Bezirksregierung, Polizeidirektion, Behörde für Inneres und Sport, LABO in Berlin) təsdiq edilməlidir (Beglaubigung von Urkunden zur Verwendung im Ausland (Legalisation)).
Təhsil sənədləri səfirliyin konsulluq bölməsinə aşağıdakı qaydada təqdim olunmalıdır:
-
Üst qurum tərəfindən (Bezirksregierung, Polizeidirektion, Behörde für Inneres und Sport, LABO in Berlin) təsdiq olunmuş sənədin əsli;
-
Dövlət rüsumunun ödənilməsi barədə (hər sənədin təsdiqi üçün 20 avro məbləğində dövlət rüsumu ödənilməlidir) çap olunmuş qəbz.
Səfirliyin konsulluq bölməsinin bank rekvizitləri:
Botschaft der Republik Aserbaidschan
COMMERZBANK, Konto No: 26 61 53 601, BLZ: 100 40 000
IBAN: DE73100400000266153601
Botschaft der Republik Aserbaidschan
COMMERZBANK, Konto No: 26 61 53 601, BLZ: 100 40 000
IBAN: DE73100400000266153601
Qeyd: Konsulluq əməliyyatları üçün müvafiq dövlət rüsumları yalnız yuxarıdakı bank hesabına köçürülməlidir. Diqqət! Səfirlikdə nağd ödənişlər qəbul olunmur. Müvafiq rüsumlar bank hesabına köçürüldükdən sonra ödəniş qəbzi və ya hesabdan çıxarış çap olunmuş vəziyyətdə təqdim olunmalıdır. Səfirliyin konsulluq bölməsinə şəxsən gəldiyiniz halda, konsulluq əməliyyatları üçün nəzərdə tutulan dövlət rüsumları bank kartı ilə POS-terminal vasitəsilə ödənilə bilər.
Diqqət! Sənədlər şəxsən və ya poçt vasitəsilə Səfirliyin konsulluq bölməsinə təqdim edilə bilər.
Şəxsən: Səfirliyin konsulluq bölməsinin QƏBUL GÜNLƏRİ VƏ SAATLARI: Bazar ertəsi, Çərşənbə və Cümə günləri saat 09:00-dan - 12:00-dəkdir.
Poçt vasitəsilə: Sənədlər poçt vasitəsilə təqdim edildiyi və geri göndəriləcəyi halda üzərində müraciət etmiş şəxsin ünvanı yazılmış zərfin və sifarişli məktub (“Einschreiben”) üçün poçt markalarının təqdim edilməsi zəruridir. Səfirlik sənədlərin poçt vasitəsi ilə göndərilməsi zamanı poçt idarələri tərəfindən itirilməsi və ya korlanmasına görə hər hansı məsuliyyət daşımır.
Müraciət edən şəxslərdən yuxarıda göstərilən sənədlərlə yanaşı öz telefon nömrələrini və e-mail ünvanlarını qeyd etmələri xahiş olunur.