İmzaların təsdiqlənməsinə dair qaydalar

1) Xarici rəsmi sənədlərin təsdiqlənməsi üçün onların əsli Almaniya Federativ Respublikasının müvafiq idarəsi tərəfindən təsdiq edildikdən sonra səfirliyə təqdim edilməlidir.

2) Təsdiqlənmə aşağıdakı müvafiq idarələr tərəfindən edilə bilər:

Məhkəmə və notarial qaydada verilən şəhadətnamələrin təsdiqlənməsi üçün əyalət və ya rayon məhkəməsinin prezidenti məsul şəxsdir;

İnzibati idarələrin verdiyi şəhadətnamələrin təsdiqlənməsi üçün (misal üçün vətəndaşlıq vəziyyəti aktları ilə bağlı sənədlər (doğum, ölüm, nikah haqqında şəhadətnamələr və s.) qeydiyyat sənədi və s.) müvafiq olaraq  inzibati rayon idarələri, rayon hökumətləri, əyalətlərin daxili işlər nazirlikləri, daxil işlər üzrə idarələr, senat, müşahidə və inzibati xidmət idarələri və xarici vətəndaşların məsələləri üzrə idarə məsul orqanlardır;

Ticarətlə bağlı sənədlərin təsdiqlənməsi üçün sənaye və ticarət palatası, eləcə də sənətkarlar palatası məsul orqandır;

Cinayət məsuliyyətinə cəlb olunmamağa dair sənədin təsdiqlənməsi üçün Baş Federal Prokurorluq və Federal Mərkəzi Registr məsul orqandır;

Xarici rəsmi sənədlər yalnız notarius tərəfindən təsdiq edildiyi halda qəbul edilməyəcəkdir;

Almaniyanın məhkəmə orqanlarının nikahın pozulmasına dair qərarlarının Səfirliyin Konsuluq şöbəsi tərəfindən leqalizasiyası üçün digər şərtlərlə yanaşı  bu vəsatətin müraciət edən şəxs tərəfindən doldurulması da tələb olunur;

Fiziki şəxslər tərəfindən verilən etibarnamələr Səfirliyə şəxsən təqdim edildikdə, əlavə təsdiqə ehtiyac yoxdur. Etibarnamə Səfirliyə poçtla göndərildiyi təqdirdə, etibarnaməni verən şəxsin imzası notarial qaydada təsdiq olunmalıdır.

3) Bundan əlavə aşağıdakıları Səfirliyə təqdim etmək lazımdır:

Hər sənəd üçün 19,00 Avro məbləğində dövlət rüsumunun (Avronun ABŞ dollarına məzənnəsi və avronun ABŞ dollarına konvertasiya xərcləri nəzərə alınmaqla dövlət rüsumunun məbləği) ödənilməsini təsdiq edən qəbz. Qəbzi tədqim edərkən yuxarıda qeyd edilən rüsum artıq səfirliyin hesabında olmalıdır (Commerzbank, Konto-Nr.: 266153601, BLZ 10040000; IBAN: DE73100400000266153601). Səfirlikdə nəğd ödəmə və bank çekləri təqdim etmək mümkün deyildir;

4) Təsdiq edilən sənədlərin surəti.

5) Təsdiq edilmiş sənədləri şəxsən konsulluq şöbəsinin qəbul saatlarında götürə bilərsiniz. Sənədlərin poçt vasitəsilə sizə geriyə göndərilməsini istəyirsinizsə, sənədlərə üzərində ünvanınız yazılmış və müvafiq məbləğdə marka yapışdırılmış zərf əlavə edilməsini xahiş edirik.

Bank hesabı:
Botschaft der Republik Aserbaidschan
COMMERZBANK, Konto No: 26 61 53 601, BLZ: 100 40 000
IBAN:DE73100400000266153601

Son yenilənmə tarixi: 09.06.2020

Arxiv üzrə axtarış