Vətəndaşlıq mənsubiyyətinin müəyyən olunması qaydası
Vətəndaşlığı və şəxsiyyəti təsdiq edən müvafiq etibarlı sənədləri olmayan Azərbaycan Respublikası vətəndaşlarının Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyətini müəyyən etmək üçün Konsulluğa aşağıdakı sənədlər təqdim olunmalıdır:
- 1 ədəd ərizə-anket;
- 2 ədəd rəngli foto-şəkil (3x4);
- Olduğu təqdirdə şəxsiyyəti təsdiq edən hər hansı sənədin surəti (şəxsiyyət vəsiqəsi, ümumvətəndaş pasportu, doğum haqqında şəhadətnamə, köhnə SSRİ pasportu, valideynlərə məxsus sənədlər və s.);
- Dövlət Miqrasiya Xidmətinə sorğu göndərilməsi üçün 9 Avro məbləğində dövlət rüsumunun (Avronun ABŞ dollarına məzənnəsi və Avronun ABŞ dollarına konvertasiya xərcləri nəzərə alınmaqla dövlət rüsumunun məbləği) ödənilməsi haqqında qəbz;
- Müraciətin cavabının ərizəçinin ünvanına göndərilməsi üçün üzərində ünvan yazılmış zərf və müvafiq məbləğdə poçt markası.
Bankverbindung:
Botschaft der Republik Aserbaidschan
COMMERZBANK, Konto No: 26 61 53 601, BLZ: 100 40 000
IBAN:DE73100400000266153601
Son yenilənmə tarixi: 09.02.2021