COVID-19 pandemiyası ilə əlaqədar Azərbaycan Respublikasına giriş qaydaları

“Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 26 may tarixli 151 nömrəli Qərarında edilmiş müvafiq əlavə və dəyişikliklərə əsasən vətəndaşlarına və burada daimi yaşayan digər ölkə vətəndaşlarına, habelə vətəndaşlığı olmayan şəxslərə hava nəqliyyatı vasitəsilə Azərbaycan Respublikasına giriş-çıxışına icazə verilən ölkələrin siyahısı:

  1. Rusiya Federasiyası
  2. Türkiyə Respublikası
  3. Amerika Birləşmiş Ştatları
  4. Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı
  5. Macarıstan
  6. İsrail Dövləti
  7. Birləşmiş Ərəb Əmirlikləri
  8. Bəhreyn Krallığı
  9. Qətər Dövləti
  10. Almaniya Federativ Respublikası
  11. Avstriya Respublikası
  12. Belçika Krallığı
  13. Çex Respublikası
  14. Danimarka Krallığı
  15. İrlandiya Respublikası
  16. İspaniya Krallığı
  17. İsveç Krallığı
  18. İsveçrə Konfederasiyası
  19. Kanada
  20. Lüksemburq Böyük Hersoqluğu
  21. Malta Respublikası
  22. Niderland Krallığı
  23. Polşa Respublikası
  24. Portuqaliya Respublikası
  25. Serbiya Respublikası
  26. Sinqapur Respublikası
  27. Sloveniya Respublikası
  28. Slovakiya Respublikası
  29. Yunanıstan Respublikası
  30. Çin Xalq Respublikası
  31. Estoniya Respublikası
  32. Finlandiya Respublikası
  33. Fransa Respublikası
  34. Xorvatiya Respublikası
  35. İslandiya Respublikası
  36. İtaliya Respublikası
  37. Latviya Respublikası
  38. Litva Respublikası
  39. Malayziya
  40. Səudiyyə Ərəbistanı Krallığı
  41. Yaponiya
  42. Çin Xalq Respublikasının xüsusi inzibati ərazisi olan Honq-Konq
  43. Argentina Respublikası
  44. Avstraliya İttifaqı
  45. Braziliya Federativ Respublikası
  46. Bruney-Darüssalam
  47. Cənubi Koreya Respublikası
  48. Çili Respublikası
  49. Ekvador Respublikası
  50. Kamboca Krallığı
  51. Kosta Rika Respublikası
  52. Kuba Respublikası
  53. Küveyt Dövləti
  54. Qazaxıstan Respublikası
  55. Maldiv Respublikası
  56. Meksika Birləşmiş Ştatları
  57. Mərakeş Krallığı
  58. Monqolustan
  59. Monteneqro
  60. Norveç Krallığı
  61. Oman Sultanlığı
  62. Panama Respublikası
  63. Salvador
  64. Uruqvay Şərq Respublikası
  65. Yeni Zelandiya
  66. İordaniya Haşimilər Krallığı
  67. Kipr Respublikası
  68. Ukrayna
  69. Belarus Respublikası
  70. Rumıniya
  71. Albaniya Respublikası
  72. Dominikan Respublikası
  73. Filippin Respublikası
  74. Gürcüstan
  75. Hindistan Respublikası
  76. İndoneziya
  77. İran İslam Respublikası
  78. Kolumbiya Respublikası
  79. Moldova Respublikası
  80. Özbəkistan Respublikası
  81. Pakistan İslam Respublikası
  82. Peru Respublikası
  83. Tacikistan Respublikası
  84. Tailand Krallığı
  85. Tunis Respublikası
  86. Türkmənistan
  87. Venesuela Bolivar Respublikası
  88. Bolqarıstan Respublikası
  89. Butan Krallığı
  90. Cənubi Afrika Respublikası
  91. Qvatemala Respublikası
  92. Laos Xalq Demokratik Respublikası
  93. Livan Respublikası
  94. Mavriki Respublikası
  95. Misir Ərəb Respublikası
  96. Myanma İttifaqı Respublikası
  97. Nepal Federativ Demokratik Respublikası
  98. Paraqvay Respublikası
  99. Şimali Makedoniya Respublikası
  100. Şri-Lanka Demokratik Sosialist Respublikası
  101. Vyetnam Sosialist Respublikası
  • yaşı 18-dən yuxarı olan şəxslərə münasibətdə yalnız COVID-19 pasportu – COVID-19-a qarşı tam peyvənd olunmasını və ya COVID-19-dan sağalaraq immunitetə malik olmasını təsdiq edən sənəd əsasında;
  • Azərbaycan Respublikasını tərk edərkən onlardan COVID-19-a dair PCR testi tələb olunmur.

 

“Koronavirus (COVID-19) pandemiyası dövründə Azərbaycan Respublikasında uçuşların və hava nəqliyyatı ilə sərnişin daşımalarının təşkili üzrə müvəqqəti Qaydalar”da və "Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 26 may tarixli 151 nömrəli Qərarında edilmiş dəyişikliklərə əsasən əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin aşağıdakı şərtlərlə Azərbaycan Respublikasına uçuşlar icra edən bütün aviadaşıyıcıların reyslərinə qəbul edilməsi həyata keçirilir və hava nəqliyyatı vasitəsilə Azərbaycan Respublikasına giriş-çıxışına icazə verilir:

  1. Yaxın qohumu Azərbaycan Respublikasının vətəndaşı (valideynlərindən biri, bacısı, qardaşı, əri, arvadı və ya övladı, babası, nənəsi və nəvəsi) olan əcnəbi və vətəndaşlığı olmayan şəxslər, o cümlədən onların ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) - qohumluq dərəcəsini təsdiq edən sənəd əsasında;
  2. Diplomatik pasport sahibləri - müvafiq təsdiqedici sənədlər əsasında;
  3. Azərbaycan Respublikasında xarici ölkələrin diplomatik nümayəndəliklərinin və konsulluqlarının rəhbərləri, əməkdaşları və onların ailə üzvləri - müvafiq təsdiqedici sənədlər əsasında;
  4. Birləşmiş Millətlər Təşkilatının (BMT) icazə sənədi pasportuna ("UN laissez-passer”) malik olan şəxslər - müvafiq təsdiqedici sənədlər əsasında;
  5. Azərbaycan Respublikasında iş icazəsi olan əcnəbi və vətəndaşlığı olmayan şəxslər - müvafiq təsdiqedici sənədlər əsasında;
  6. Azərbaycan Respublikasında müvəqqəti və ya daimi yaşamaq icazəsi olan əcnəbi və vətəndaşlığı olmayan şəxslər və onların ailə üzvləri (arvadı əri, himayəsində olan valideynləri və 18 yaşına çatmamış uşaqları, habelə 18 yaşına çatmış sağlamlıq imkanları məhdud uşaqları) - müvafiq təsdiqedici sənədlər əsasında;
  7. Ölkəyə girişinə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən xüsusi icazə verilmiş sərnişinlər - müvafiq təsdiqedici sənədlər əsasında.

 

Son yenilənmə tarixi: 24 may 2022-ci il

Arxiv üzrə axtarış