2020-06-12

12 iyun 2020-ci il tarixində “Şəhər enerji keçidi: Bərpa olunan enerji mənbələrinin şəhər enerji sistemlərinə inteqrasiyası. Azərbaycan-Almaniya əməkdaşlığı üçün imkanlar” mövzusunda virtual dəyirmi masa keçirilib

      Dəyirmi masada Almaniya tərəfindən Federal İqtisadiyyat və Energetika Nazirliyinin, Almaniya Energetika Agentliyinin (DENA), Alman-Azərbaycan Xarici Ticarət Palatasının, Almaniya Günəş Sənayesi Assosiasiyasının, “Stadtwerke Emden GmbH” və “Goldbeck Solar GmbH” şirkətlərinin, Azərbaycan tərəfindən isə Energetika Nazirliyinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin, Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin, Enerji Məsələlərini Tənzimləmə Agentliyinin, “Azərenerji” ASC-nin, “Azəristiliktəchizat” ASC-nin, Bakı Şəhər İcra Hakimiyyətinin və Səfirliyimizin nümayəndələri iştirak etmişlər.

        Dəyirmi masa zamanı aşağıdakı məsələlər ətrafında müzakirələr aparılmışdır:

  • Bərpa olunan enerji sahəsində Azərbaycan Respublikasının enerji siyasəti;
  • Bərpa olunan enerjilərin Almaniyada və Azərbaycanda şəhər energetika sistemlərinə inteqrasiyası;
  • Şəhər enerji sistemlərində qabaqcıl bərpa olunan enerji texnologiyaları.

 

Arxiv üzrə axtarış