2021-10-15

18 Oktyabr - Müstəqilliyin Bərpası Günü və Nizami Gəncəvinin anadan olmasının 880 illik yubileyi Berlin şəhərində qeyd olunub

Almaniyanın paytaxtı Berlin şəhərində 18 Oktyabr - Müstəqilliyin Bərpası Günü və Nizami Gəncəvinin anadan olmasının 880 illik yubileyi münasibətilə səfirliyimiz tərəfindən konsert və ziyafət təşkil olunub. Tədbirdə Almaniya Bundestaqının, Xarici İşlər Nazirliyinin və digər hökumət qurumlarının əməkdaşları, siyasi, elmi və mədəni dairələrin, KİV-lərin, Almaniyada akkreditasiya olunmuş diplomatik nümayəndəliklərin və Azərbaycan diasporunun təmsilçiləri iştirak ediblər. 

 

 

 

 

Arxiv üzrə axtarış