2021-10-21

Azərbaycan Almaniyada keçirilən Frankfurt Beynəlxalq Kitab Sərgisində təmsil olunur

20 oktyabr 2021-ci il tarixində Almaniyada Frankfurt Beynəlxalq Kitab Sərgisi fəaliyyətə başlayıb. Ölkəmizin ənənəvi olaraq təmsil olunduğu sərgidə Azərbaycan bu dəfə də xüsusi stendlə təmsil olunur. Sərgi 24 oktyabr 2021-ci il tarixinədək davam edəcək. Sərgi çərçivəsində təşkil olunmuş Azərbaycan stendində Ümummilli Lider Heydər Əliyevin, Prezident İlham Əliyevin həyat və fəaliyyətini əks etdirən kitablar, dövlətçiliyimizə, tariximizə, mədəniyyətimizə dair nəşrlər ziyarətçilərin diqqətinə təqdim edilib.

Azərbaycanın Almaniyadakı səfiri Ramin Həsənov Frankfurt Beynəlxalq Kitab Sərgisi çərçivəsində təşkil olunmuş Azərbaycan stendini ziyarət edib. 

Sərgi çərçivəsində Nizami Gəncəvinin 880 illiyi ilə əlaqədar tədbir keçirilib. Tədbiri giriş nitqi ilə Azərbaycanın Almaniyadakı səfiri Ramin Həsənov açıb. Həsənov çıxışında dahi şair və mütəfəkkir Nizami Gəncəvinin dünya ədəbiyyatına verdiyi zəngin töfhədən bəhs edib. Tədbirdə həmçinin AR Mədəniyyət Nazirliyinin şöbə müdiri Akif Marifli, yazıçı-publisist Orxan Aras və Azərbaycan-Almaniya Ziyalılar Birliyinin sədri Naibə Tural Nizami Gəncəvinin həyat və yaradıcılığına dair çıxışlar ediblər. Tədbirdə Nizami Gəncəvinin əsərləri Azərbaycan və alman dillərində səsləndirilib.

 

 

Arxiv üzrə axtarış