2022-04-26

Milli Musiqi və Qlobal Mədəniyyət Cəmiyyəti 2-ci MMQMC Beynəlxalq Bəstəkarlıq Müsabiqəsini elan edir

Milli Musiqi və Qlobal Mədəniyyət Cəmiyyəti görkəmli Azərbaycan bəstəkarı Fikrət Əmirovun əsərlərindən ilhamlanaraq bəstələnilən yeni musiqi əsərlərinin seçilməsi ilə əlaqədar 2-ci MMQMC Beynəlxalq Bəstəkarlıq Müsabiqəsini elan edir. 

Müsabiqənin qaliblərinə ümumi məbləği 3500 ABŞ dolları məbləğində olan 3 mükafat veriləcəkdir. Münsiflər heyəti tərəfindən seçiləcək ən yaxşı əsərlər (eləcə də mükafata layiq görülmüş əsərlər) ABŞ-da dərc olunacaqdır. Müsabiqədə yaş məhdudiyyəti olmadan bütün ölkələrdən olan bəstəkarlar iştirak edə bilərlər.

Müsabiqə ilə bağlı əlavə informasiya üçün aşağıdakı linkə daxil olmağınız xahiş olunur:

https://nmgcs.co/nmgcs-2-icc-about/ 

 

Arxiv üzrə axtarış