2022-04-26

Milli Musiqi və Qlobal Mədəniyyət Cəmiyyəti 2-ci MMQMC Beynəlxalq Bəstəkarlıq Müsabiqəsini elan edir

Milli Musiqi və Qlobal Mədəniyyət Cəmiyyəti görkəmli Azərbaycan bəstəkarı Fikrət Əmirovun 100 illiyi ilə əlaqədar 2-ci MMQMC Beynəlxalq Bəstəkarlıq Müsabiqəsini elan edir. Müsabiqənin məqsədi bəstəkarın yaradıcılığının dünyada geniş təbliğ edilməsi və ustadın musiqi irsinə yeni səhnə həyatının verilməsidir.

Müsabiqənin ümumi mükafat fondu 3500 ABŞ dolları həcmindədir. Müsabiqə yaşından asılı olmayaraq dünyanın bütün ölkələrindən olan bəstəkarlar üçün açıqdır.

Müsabiqə ilə bağlı əlavə informasiya üçün aşağıdakı linkə daxil olmağınız xahiş olunur:

https://nmgcs.co/nmgcs-2-icc-about/ 

 

Arxiv üzrə axtarış