2024-09-19

Frankfurtda səyyar konsulluq xidməti keçirilib

2024-cü ilin 7-8 sentyabr tarixlərində Azərbaycanın Almaniyadakı Səfirliyi Frankfurt am Mayn şəhərində səyyar konsulluq xidməti həyata keçirib. Xidmət zamanı ümumvətəndaş pasportunun yenilənməsi üçün 82 vətəndaşımızın müraciəti qəbul edilib.

Bundan öncə cari ilin mart və may aylarında Səfirlik tərəfindən səyyar konsulluq xidməti Köln və Münhen şəhərlərində də təşkil olunub. Hər üç qəbul nəticəsində ümumilikdə 273 vətəndaşımız Berlinə səfər etmədən öz pasportlarını yeniləyə biliblər. Növbəti aylarda səyyar konsulluq xidmətinin Almaniyanın digər böyük şəhərlərində də təşkil olunması planlaşdırılır. Məqsədimiz bu və ya digər səbəbdən Berlinə səfər edə bilməyən vətəndaşlarımıza yerində operativ və rahat xidmət göstərməkdir.

Xidmətin keçirilməsi üçün şərait yaradan Azərbaycanın SOCAR şirkətinin Frankfurt am Mayndakı nümayəndəliyinə təşəkkür edirik.

 

Arxiv üzrə axtarış