Səfir Nəsimi Ağayev Suriyanın Almaniyadakı müvəqqəti işlər vəkili ilə görüşüb
Səfir Nəsimi Ağayev Suriyanın Almaniyadakı müvəqqəti işlər vəkili Bəraa Şükri ilə görüşüb. Görüş zamanı regional məsələlər və Suriyada baş verən mühüm dəyişikliklər ətrafında fikir mübadiləsi aparılıb. Suriyada sabitliyin möhkəmləndirilməsi, yenidənqurmaya və Suriya xalıqı üçün yeni imkanların yaradılması istiqamətində göstərilən səylər yüksək qiymətləndirilib. Tərəflər dialoq və qarşılıqlı əməkdaşlığın davam etdirilməsində maraqlı olduqlarını bir daha təsdiqləyiblər.