Vətəndaşlıq mənsubiyyətinin müəyyən olunması qaydası

Vətəndaşlığı və şəxsiyyəti təsdiq edən müvafiq sənədləri olmayan Azərbaycan Respublikası vətəndaşlarının Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyətini müəyyən etmək üçün aşağıdakı sənədlər təqdim olunmalıdır:

 

  1. 1 ədəd ərizə-anket;
  2. 2 ədəd rəngli foto-şəkil (3x4);
  3. Olduğu təqdirdə şəxsiyyəti təsdiq edən hər hansı sənəd (doğum haqqında şəhadətnamə, Forma A kartı, nikah haqqında şəhadətnamə, köhnə SSRİ pasportu, valideynlərə məxsus sənədlər və s.)
  4. Dövlət Miqrasiya Xidmətinə sorğu göndərilməsi üçün 9 Avro məbləğində dövlət rüsumunun (Avronun ABŞ dollarına məzənnəsi və Avronun ABŞ dollarına konvertasiya xərcləri nəzərə alınmaqla dövlət rüsumunun məbləği) ödənilməsi haqqında qəbz;
  5. Müvafiq cavabın ərizəçinin ünvanına göndərilməsi üçün üzərində ünvanınız yazılmış müvafiq zərf və 5 avro məbləğində poçt markası. 

 

 

Bankverbindung:
Botschaft der Republik Aserbaidschan
COMMERZBANK, Konto No: 26 61 53 601, BLZ: 100 40 000
IBAN:DE73100400000266153601 

Son yenilənmə tarixi: 09.06.2020